Icma.az
close
up
RU
HƏMAS girovları buraxacaqmı? İsrail siyahı gözləyir

HƏMAS girovları buraxacaqmı? İsrail siyahı gözləyir

Icma.az bildirir, Oxu.az portalına istinadən.

İsrail girovların azad edilməsinə dair mümkün razılaşma üzrə danışıqlarda irəliləyiş əldə edilməsi üçün Fələstinin HƏMAS qruplaşmasından Qəzza zolağında saxlanılan və həyatda olan girovların siyahısını gözləyir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Jerusalem Post" qəzeti İsrail təhlükəsizlik sahəsindəki mənbəyə istinadən məlumat verib.

Mənbə bildirib ki, danışıqlar zamanı müəyyən irəliləyiş əldə olunub, bununla belə razılıq əldə edilməsi yolunda ciddi çətinliklər mövcuddur. Onun sözlərinə görə, İsrail hələ də HƏMAS-dan müzakirə olunan razılaşma çərçivəsində radikalların azad etməyi planlaşdırdıqları canlı girovların siyahısını gözləyir. Mənbə əlavə edib ki, bu siyahı olmadan danışıqlarda irəliləyiş əldə etmək son dərəcə çətin olacaq. Tərəflərin nümayəndə heyətləri Qətərdə mümkün sazişin detallarını müzakirə etməyə davam edirlər.

Qeyd edək ki, İsrail və HƏMAS arasında potensial razılaşmanın birinci mərhələsində Qəzzada saxlanılan uşaqlar, qadın hərbçilər, qocalar və xəstələrdən ibarət girovların buraxılması müqabilində 250 fələstinli məhbusun İsrail həbsxanalarından azad ediləcəyi gözlənilir. Bəzi məlumatlara görə, İsrail birinci mərhələdə 34 girovun, o cümlədən HƏMAS-ın əsgər hesab etdiyi 11 nəfərin azad olunmasını tələb edib.

Xatırladaq ki, keçən həftə İsrailin "Ynet" portalının yüksəkvəzifəli məmura istinadən verdiyi xəbərə görə, mümkün sövdələşmənin təfərrüatının çoxu artıq razılaşdırılıb, lakin əsas mübahisə ilkin mərhələdə azad ediləcək girovların sayı ilə bağlı olub. Məmur əlavə edib ki, danışıqlar hazırda girovların sayı və şəxsiyyəti üzərində cəmlənib.

Bildirək ki, son bir ildə HƏMAS-ın saxladığı məhbuslarının azad edilməsi üçün aparılan danışıqların bir neçə raundu dalana dirənib. Tərəflər 2023-cü ilin noyabrın sonunda əldə edilmiş və birhəftəlik atəşkəs nəticəsində 105 girovun azad edilməsi ilə nəticələnən sazişin davam etdirilməsinə nail ola bilməyiblər. İsrail hesab edir ki, 2023-cü ilin oktyabrın 7-də oğurlanmış 251 girovdan 96-sı hələ də Qəzzadadır. İsrailli hərbçilər son 14 ayda səkkiz girovu xilas ediblər, 38 nəfərin isə cəsədini geri qaytarıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Dekabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri