HƏMAS ın daha iki komandiri zərərsizləşdirildi
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında HƏMAS hərəkatının silahlı birləşmələrinin iki komandirini zərərsizləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.
Məlumata görə, onlardan biri HƏMAS-ın Xan Yunisdəki hərbi qanadının komandiri Məhəmməd Yazuridir.
Ordu mətbuat xidməti bildirib ki, eyni HƏMAS bölməsindən daha iki silahlı öldürülüb.
Qəzza zolağının Misirlə sərhədində yerləşən Refah şəhəri yaxınlığında keçirilən başqa bir əməliyyatda isə HƏMAS hərəkatının silahlı birləşmələrinin digər komandiri Muammen Cabr əs-Sayed Əbu Labda zərərsizləşdirilib.
İsrail ordusunun məlumatına görə, o, Refahda HƏMASın snayper bölməsinə komandanlıq edib.
Baxış sayı:124
Bu xəbər 11 Sentyabr 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















