Icma.az
close
up
RU
HƏMAS liderlərini İsrailin hücumundan Türkiyə xilas edibmiş

HƏMAS liderlərini İsrailin hücumundan Türkiyə xilas edibmiş

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün Qətərdə İsrailin hücumuna məruz qalan HƏMAS liderlərini Türkiyə kəşfiyyatı xilas edib.

Modern.az-ın məlumatına görə, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Qətərdə HƏMAS nümayəndə heyətinə İsrailin mümkün hücumu barədə öncədən xəbərdarlıq edib.

Məlumata görə, MİT-in xəbərdarlığından sonra təhlükəsizlik tədbirləri gücləndirilib və nəticədə HƏMAS-ın yüksək səviyyəli üzvlərinin çoxu xilas ola bilib.

Xatırladaq ki, ötən gün İsrail təyyarələri Qətərə zərbələr endirib. Əsas hədəf Dohada yerləşən HƏMAS nümayəndələri olub. Hücum nəticəsində bir neçə nəfər, o cümlədən HƏMAS-ın Qəzzadakı liderlərdən birinin rəsmi nümaəndəsi Cihad Labed və HƏMAS lideri Xalil əl-Hayyanın oğlu Həmmam həlak olub.

Qətər Xarici İşlər Nazirliyi bildirib ki, zərbələr bir neçə HƏMAS rəsmisinin yaşadığı evlərə dəyib. Əvvəlcə bəzi mənbələr Xalil əl-Hayya və HƏMAS-ın siyasi büro rəhbəri Xalid Məşəlin öldüyünü iddia etsə də, sonradan bu məlumat təkzib edilib.

Hücuma görə İsrail tənqid olunub. Avropa İttifaqı, Böyük Britaniya və Kanada əməliyyatı pisləyiblər. Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani isə Benyamin Netanyahunu beynəlxalq hüququ pozmaqda ittiham edib.

ABŞ prezidenti Donald Tramp hücumu “üzücü hadisə” kimi dəyərləndirsə də, İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında bunu “sülh üçün fürsətə çevrilə biləcək hadisə” adlandırıb.

İsrail hökuməti isə əməliyyata “Od Sammiti” adını verib və qərarın Yerusalimdə baş vermiş, altı nəfərin ölümü ilə nəticələnən terror aktından sonra qəbul edildiyini açıqlayıb.

Elnur Əmirov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri