Icma.az
close
up
RU
“HƏMAS mövcudluğunu qorumaq üçün sponsorlarının təkliflərini qəbul etməlidir” SƏDRƏDDİN SOLTAN

“HƏMAS mövcudluğunu qorumaq üçün sponsorlarının təkliflərini qəbul etməlidir” SƏDRƏDDİN SOLTAN

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Qəzza zolağında yenidən gərginlik yaşanır. İsrail-HƏMAS münasibətlərində atəşkəs razılığı əldə olunsa da, bu razılaşma uzun sürməyib. Bölgədə 6 İsrail əsgəri hədəf alınıb və nəticədə 2-si ölüb, 4-ü isə yaralanıb.

İsrail tərəfi hadisədən sonra HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edib. HƏMAS isə cavab olaraq bildirib ki, atəşkəsi ilk pozan İsrail olub.

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzunu belə şərh edib:

“Atəşkəs İsrail tərəfinin iddia etdiyi kimi, İsrailin iki əsgərinin ölümü ilə pozulub. HƏMAS isə bildirir ki, İsrail əsgərlərinin ölümündə onların əli yoxdur və atəşkəsi onlar pozmayıblar. Eyni zamanda, İsrail də HƏMAS-ın mövqelərinə və başçılarına zərər vurduğunu açıqlayıb. Bu baxımdan hər iki tərəf atəşkəsə əməl etdiyini bəyan edir.

Ola bilsin ki, Qəzza zolağında HƏMAS-dan kənar, ona bağlı olmayan silahlı qruplaşmalar mövcuddur. Bu “İzzəddin əl-Qəssam Briqadaları” və ya “Hizbullah”-çı qruplar ola bilər. Bu cür qruplar səbəbindən atəşkəs rejimi pozula bilər və tərəflər arasında əldə edilmiş razılığa əməl edilməyə bilər”.

Sədrəddin Soltan qeyd edib ki, HƏMAS daxilində də məsələyə birmənalı yanaşma yoxdur:

“Siyasi qanad danışıqların davam etməsini dəstəkləyir, amma bütün üzvlər razılaşmaya eyni cür yanaşmır. Hərbi silahlı qruplaşmalar içərisində fikir ayrılığı mövcuddur; yəni, HƏMAS birmənalı bir qruplaşma deyil. Lakin bütün hallarda bu qrupların arxasında dayanan, sponsorları olan dövlətlər – yəni HƏMAS-ın dəstəkçiləri – razılaşmanın təminatını verirlər. Bu dövlətlər Misir və Qətərdir. Hər iki dövlət Tramp planına imza atıb, çünki onlar HƏMAS-ın sponsorları hesab olunur”.

Siyasi şərhçinin fikrincə, əgər HƏMAS mövcudluğunu davam etdirmək istəyirsə, sponsorlarının təkliflərini qəbul etməyə məcburdur.

“Sponsorlar isə HƏMAS-dan tərksilah olunmağı tələb edir və tərksilahın vacib olduğunu vurğulayır. Tramp planında da HƏMAS-ın tərksilah olunması əsas məsələlərdən biridir”-deyə Sədrəddin Soltan fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri