Həmin at zooparka yerləşdirildi Fotolar
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pirşağıda arabaya qoşularaq istifadə edilən at IDEA-nın təşəbbüsü ilə Bakı Zooloji Parkına yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə IDEA İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, quruma daxil olan vətəndaş müraciətləri və sosial media paylaşımları əsasında Pirşağıda yerləşən IDEA İctimai Çimərliyinin ərazisində arabaya qoşularaq istifadə edilən at ərazidən götürülərək Bakı Zooloji Parkına təhvil verilib.
Baytar mütəxəssisləri tərəfindən at müayinə olunub, qoşqudan yaranmış yaraları işlənilib, heyvana yem və su verilib. Hazırda at baytar nəzarətindədir və müalicəsi davam etdirilir.
IDEA vətəndaşları təbiəti qorumağa bir daha çağırır və heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.




Baxış sayı:68
Bu xəbər 26 Avqust 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















