Icma.az
close
up
RU
Həmin binada suyun olmaması məsələsinə Rəsmi cavab

Həmin binada suyun olmaması məsələsinə Rəsmi cavab

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bu ərazilərdə bir neçə gündür su yox idi. Biz lazım olan suyu vedrələrlə daşıyıb evlərimizə qaldırırdıq”.

Bu sözləri “Qafqazinfo”ya Lökbatandakı “Qobu Park-1” yaşayış massivində 4 nəfərin öldüyü binanın sakinləri deyib.

Onların iddiasına görə, yanğın kombi partlaması nəticəsində qeydə alınıb: “Kombi bir müddət işləyib, sonra suyu bitdiyinə görə partlayış baş verib”.

Hadisə şahidlərinin sözlərinə görə, yanğına səbəb kimi ilkin ehtimallar arasında ən çox səslənən budur. 

Ərazidə günlərdir su olmaması haqda deyilənlərlə bağlı ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bir neçə gündür su xəttində təmir işləri aparılıb: “Su xəttində təmirlə bağlı dekabrın 3-5-də Qaradağ və Səbail rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacağı elanı günlər öncə paylaşılıb və abonentlərə məlumat verilib”.

Qeyd edək ki, baş verən güclü yanğınla bağlı cinayət işi açılıb. Cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.

Gülnar Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri