“Həmin cərimələr ən azı 3 5 dəfə artırılmalıdır”
Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qaradağda itə qarşı zorakılıq edən şəxs sosial mediada müzakirə yaradıb. Tanınmışlar da sözügedən hadisəyə sərt reaksiya verib.
OLAY yazır ki, sosial media hesabında məsələ ilə bağlı paylaşım edən Avroviziya qalibimiz Nigar Camal bunları yazıb:
“Heyvanlara qarşı amansız rəftara və onlara zərər vurulmasına görə tətbiq olunan cərimələr ən azı 3-5 dəfə artırılmalıdır. Bəlkə heç olmasa böyük məbləğdə cərimə ödəmək qorxusu bəzi insanları müdafiəsiz bir heyvana əl qaldırmazdan əvvəl düşünməyə vadar edər. Bu cür vicdansız, qəddar və alçaq insanları dayandırmaq üçün nəhayət ki, daha ciddi və təsirli tədbirlər görülməlidir. Bu hadisədə isə it hamilə idi, bətnində ən azı altı bala var idi. Yəni burada söhbət təkcə bir heyvana vurulan zərərdən getmir. Belə bir vəhşiliyə görə cəmi 25 günlük cəza, məncə, qəbuledilməz dərəcədə azdır. Cəza o qədər ciddi olmalıdır ki, başqalarının belə bir vəhşiliyi təkrarlamaq heç ağlına belə gəlməsin”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 07 Oktyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















