Icma.az
close
up
RU
Həmin dini kitabların yayılmasının qarşısı alındı AÇIQLAMA

Həmin dini kitabların yayılmasının qarşısı alındı AÇIQLAMA

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il ölkəyə gətirilən və ölkədə nəşr olunan neçə adda dini ədəbiyyat yoxlanılıb və neçə adda kitabın yayılmasının qarşısı alınıb?

Mövzu ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ndən bildirilib ki, ölkə ərazisində istehsal olunan, eləcə də idxal və ixrac edilən dini təyinatlı ədəbiyyatın kağız və elektron daşıyıcılarında, audio və video materialların, dini məzmunlu mal və məmulatların, habelə bu istiqamətdə olan digər məlumat materiallarının dinşünaslıq ekspertizasını həyata keçirir.

"Bununla yanaşı, Komitə dini təyinatlı ədəbiyyatın və digər dini məzmunlu materialların qanunvericiliyin tələblərinə uyğun şəkildə nəzarət markası verilməsini təmin edir.

Dövlət Komitəsində ekspertizası keçirilən dini məzmunlu bütün materiallarla bağlı müraciətlər müxtəlif istiqamətlərdən daxil olur. Bunlar hüquqi və fiziki şəxslərin xaricdən şəxsi istifadə, satış və yayılması məqsədilə dini məzmunlu materialların idxalına müvafiq razılığı verilməsi ilə bağlı müraciətlər, ölkə nəşriyyat və mətbəələrinin sifariş əsasında nəşr etmək istədikləri dini ədəbiyyatlar, dini ədəbiyyatların ixracı ilə bağlı olan müraciətlərdir.

Bildiririk ki, Dövlət Komitəsində dinşünaslıq ekspertizasına təqdim edilmiş hər bir kitab barədə rəy hazırlanır. Rəy əsasən iki hissədən - tədqiqi hissə və nəticədən ibarət olur. Dini ədəbiyyatın çapı və ya idxalı məqsədəuyğun hesab edilmədiyi halda rəydə bunun səbəbi göstərilir.

Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi və "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər sırasında mənəviyyatın və başqalarının hüquqlarının qorunması müddəası yer almaqdadır. Dinşünaslıq ekspertizasının məqsədi məhz sağlam mənəvi mühitin və inancından asılı olmayaraq hər kəsin hüquqlarının qorunmasıdır. Qeyd edilən meyarlar əsasında 2025-ci ildə ölkəyə idxal edilməsi və ölkə daxilində nəşr olunması məqsədilə daxil olmuş müraciətlər əsasında ümumilikdə 3598 adda dini məzmunlu ədəbiyyata baxılıb. Həmin materiallardan 3385 adda ədəbiyyat idxal, 213 adda ədəbiyyat isə nəşr üçün təqdim edilib. Aparılan dinşünaslıq ekspertizasının nəticələrinə görə 3549 adda dini ədəbiyyatın idxalına və nəşrinə müvafiq razılıq verilib, 49 adda dini ədəbiyyatın idxal və nəşri isə məqsədəuyğun sayılmayıb", - deyə qurumdan bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Yanvar 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri