Icma.az
close
up
RU
Həmin gecə bütün Azərbaycan ayağa qalxmışdı...

Həmin gecə bütün Azərbaycan ayağa qalxmışdı...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Heydər Əliyevin bir çağırışı ilə

4 oktyabr, 1994-cü il

İdeoloji cəhətdən iki fərqli ictimai-siyasi formasiyada Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin idarəçilik fəlsəfəsinin mərkəzində xalqa xidmət və xalqa güvən formulu dayanır. Bütün həyatı və fəaliyyəti boyu Azərbaycan naminə etdikləri təsdiqləyir ki, bu böyük şəxsiyyətin amalı xalqa, Vətənə sidq ürəklə xidmət göstərmək olub. Eyni zamanda, xalqa bəslənilən inam və xalqdan gələn dəstək Heydər Əliyev üçün müqayisəyəgəlməz enerji mənbəyi, kritik məqamlarda qəti qərarlar qəbul etmək üçün daxili güc amili idi. Uzun illərin təcrübəsinə əsaslanan Heydər Əliyev fəlsəfəsi növbəti dəfə 4 oktyabr 1994-cü il hadisələrində bir daha sınaqdan uğurla çıxdı.  Söhbət həmin tarixdə Ulu Öndərin müstəsna liderlik qabiliyyəti ilə ölkədə çevriliş cəhdinin qarşısının alınmasından gedir.

Xalqın etimadı, Liderin məsuliyyəti

Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında Azərbaycanın siyasi rəhbərliyinə qayıtmış və həmin il oktyabrın 3-də ilk dəfə müstəqil Azərbaycanın Prezidenti seçilmişdi. Aradan cəmi bir il ötəndən sonra - 4 oktyabr 1994-cü ildə isə O, respublikamızda növbəti dövlət çevrilişinə cəhdin qarşısını aldı. Gənc müstəqil dövlətimiz üçün müstəsna önəm daşıyan hər iki tarixi hadisəni birləşdirən əsas məqam isə yenə də Heydər-Xalq, Xalq-Heydər vəhdətidir.

O dövrə qısa ekskurs edək. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanda yaşanan hadisələri təhlil etdikdə istər-istəməz respublikamızın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin yenidən itirilməsi təhlükəsindən danışmaq məcburiyyətində qalırıq. 1992-ci ilin yazında respublikamızda qanuni hakimiyyəti zorla devirərək iqtidara gələn AXCP-“Müsavat” cütlüyü cəmi bir il ərzində Azərbaycanı böyük fəlakətin - vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdı. Hadisələr elə cərəyan edirdi ki, kövrək müstəqilliyimizin əldən getməsi tam real idi. Gəncədə ilk qardaş qanı axıdılmışdı. Belə çətin dönəmdə xalq üzünü Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevə tutaraq Onun təkidlə Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb etdi. Heydər Əliyev çətin seçim qarşısında idi. Başqası olsaydı, həmin xaotik vəziyyətdə həyatını və karyerasını təhlükəyə atmaqdan çəkinərək suların durulmasını gözləyərdi. Ancaq söhbət Heydər Əliyevdən gedirdi. Çətinliklərlə üzləşən xalqı ona üz tutmuşdu, güvənmişdi. O, xalqın güvəninin, inamının qırılmağını Özünə rəva görə bilməzdi. Bilmədi də. Bakıya gəlib respublikanın idarəçilik sükanının arxasına keçməyə razılıq verdi. Ulu Öndər iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə O, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Və nəhayət, 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkiləri. Həmin gün insanlar səhər tezdən seçki məntəqələrinə, sözün əsil mənasında, axın etdilər. Bütün ölkə üzrə vətəndaşların yüksək fəallığı şəraitində keçən seçkilərdə səslərin 98 faizdən çoxu (98.84 faiz ) məhz Ulu Öndər Heydər Əliyevə verilmişdi. Bu, seçicilərin, xalqın Azərbaycanı idarə etməyə Heydər Əliyevdən başqa heç kimi layiq görmədiyinin ifadəsi idi.

Seçicilərin mütləq əksəriyyətinin səsini qazanmaq müdrik dövlət xadimi olan Heydər Əliyev üçün yalnız bir lider xoşbəxtliyi deyildi. Ulu Öndər keçdiyi şərəfli həyat yolunda belə sevincli anları çox yaşamışdı. O, sevimli xalqının etimadını qazanmağı Özü üçün həqiqətən böyük xoşbəxtlik sanırdı. Ancaq xalqın inamı, dəstəyi onun üçün daha çox məsuliyyət demək idi. O, Özünə hesabat verirdi: Xalqdan ölkənin müstəqilliyini qorumağa, dövlət idarəçiliyini formalaşdırmağa, dağılmış iqtisadiyyatı bərpa etməyə, sərhədlərin müdafiəsini təşkil etməyə, ərazi bütövlüyünə nail olmağa, inteqrasiyanı sürətləndirməyə, cəmiyyətdə həmrəylik yaratmağa mandat almışam. Xalqın etimadını doğrultmaq, Azərbaycanı gözlənilən fəlakətlərdən qorumaq, bu yolda prinsipiallıq göstərmək lazımdır. Zaman məhdud, görüləsi işlər çox idi.

Eyni mərkəzdən idarə olunan sinxron hadisələr

Həmin təlatümlü dönəmdə şər qüvvələrin məkrli ssenarilərinin həyata keçməsi Azərbaycanın yenidən xaosa, qeyri-müəyyənliyə yuvarlanması və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsi anlamına gəlirdi. Şər qüvvələr sanki tələsirdilər. “Əsrin müqaviləsi”nin imzalanmasından dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından dövlətə qarşı cinayətlərdə ittiham olunan bir neçə qatı cinayətkar qaçırıldı. Sentyabrın 29-da Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov namərdcəsinə qətlə yetirildilər. Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin fəaliyyəti getdikcə qanunların çərçivəsini daha çox aşırdı. Bəhs oluan qətillərin isti izi ilə “OMON” kimi tanınan həmin dəstənin bir qrup üzvü Baş Prokurorluğun qərarı ilə həbsə alındı. Bundan sonra “OMON”-a faktiki rəhbərliyi həyata keçirənlər dövlətə qarşı çirkin niyyətlərini açıq müstəvidə sərgiləməyə başladılar. Pozucu qüvvələrin təsiri ilə artıq cinayət yoluna düşmüş “OMON”-un 30-a qədər döyüşçüsü Respublika Prokurorluğuna hücum etdi. Əməliyyata başçılıq edən Mahir Cavadov həmkarlarına qarşı dözümsüzlük göstərərək vəzifə borcunu icra edən respublikanın baş prokurorunu vəhşicəsinə döydü, prokurorluğun binasını zəbt edərək dağıntılar törətdi. Daha sonra isə 40 nəfərlik dəstə ilə Daxili İşlər Nazirliyinə hücum olundu. Amma üsyançılar layiqli cavab alaraq geri çəkildi. Respublika Prokurorluğunun binası “OMON” tərəfindən mühasirəyə alındı. Oktyabrın 4-də Gəncədə Surət Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı adam isə şəhər İcra Hakimiyyəti binasını və başqa strateji obyektləri ələ keçirdi. Eyni zamanda, Bakıda iki hərbi hissənin əsgərləri artilleriya qurğularını Prezident Sarayına, Ali Sovetin və Müdafiə Nazirliyinin binalarına tuşlayıb əmrə müntəzir dayanmışdı. Aydın görünürdü ki, hadisələr eyni mərkəzdən sinxron qaydada idarə edilir.

Ulu Öndər xalqa müraciət etdi

Bu cür taleyüklü məqamda hansı addımlar atılmalı idi? Sualın cavabı olaraq ilk ağla gələn versiya belə ola bilərdi: İğtişaş törədənlərin, dövlət orqanlarının fəaliyyətinə imkan verməyənlərin ram edilməsi üçün qanuni silahlı birləşmələrdən istifadə olunsun. Heydər Əliyev isə  Ona xas olan idarəçilik metoduna əl ataraq oktyabrın 4-də axşam saatlarında radio və televiziya vasitəsilə xalqa müraciət ünvanladı. Ulu Öndər öz müraciətində bu ağır gündə hamıdan mətanət, dəyanət, cəsarət, qəhrəmanlıq, namus, qeyrət gözlədiyini bildirdi və xalqı Prezident Aparatının qarşısına dəvət etdi. Çox keçmədi ki, Prezident Aparatının qarşısı insan selinə qərq oldu. Sosial mənşəyindən asılı olmayaraq insanlar bura gəlib Heydər Əliyevə dəstək verməyi özlərinə mənəvi borc sanırdılar. Həmin gecə bütün Azərbaycan Heydər Əliyevin çağırışı ilə ayağa qalxmışdı.

Ertəsi gün - oktyabrın 5-də daha böyük izdiham-təxminən bir milyon insan “Azadlıq” meydanına toplaşaraq respublikanın müstəqilliyinin, dövlətçiliyimizin qorunmasında Prezident Heydər Əliyevin yanında olduğunu nümayiş etdirdi. Meydana toplaşanlar qarşısında çıxış edən Ulu Öndər baş verənləri müstəqilliyimizə qarşı qəsd kimi dəyərləndirərək dedi: “Son günlərdə baş vermiş hadisələr Azərbaycanın müstəqilliyini puça çıxarmağa, onu müstəqillik yolundan döndərməyə, bu yolla irəliləyişinin qarşısını almağa, ölkəmizin daxili ictimai-siyasi sabitliyini pozmağa yönəldilmiş əməllərdir. Onu da bilin ki, bu hadisələr, ümumiyyətlə, Azərbaycanı dağıtmaq, parçalamaq, ölkəmizi bir dövlət kimi məhv etmək üçün qurulan planların bir hissəsidir. Qoy, hamı bilsin və əmin olsun ki, bu bəd niyyətlərin və bu çirkin planların heç birisi həyata keçməyəcəkdir! Azərbaycan xalqı buna yol verməyəcəkdir! Azərbaycan müstəqil bir dövlət kimi yaşayacaqdır”.

Beləliklə, müdrik siyasətçi Heydər Əliyev dövlət çevrilişinin qarşısını məhz doğma xalqına güvənməklə aldı. Silahlar işə salınmadı, bir güllə belə atılmadı. Budur Liderin, Prezidentin xalqına güvəninin və Xalqın ona dəstəyinin nəticəsi! Dünya siyasi tarixi bundan öyrənməli və ibrət götürməlidir. Yeri gəlmişkən, o dövrdə sinələrinə döyüb özlərini “lider” sananlar Heydər Əliyevin müdrik gedişindən şoka düşdüklərini etiraf edirdilər. Zamanında Qurban Məmmədov Heydər Əliyevin idarəçilik ensiklopediyası olduğunu bildirirdi. Özünü ana müxalifətin öndəgedəni sayan İsa Qəmbər elə belə də deyirdi: “Heydər Əliyev bizə dərs verdi”. Heydər Əliyevdən əvvəl Prezident vəzifəsini tutan Əbülfəz Elçibəy isə çiyindaşlarına gileylənirdi ki, lazım gələndə meydanlara heç 300 nəfər də toplaya bilmirlər.

Bütün bu kimi etiraflar nəyin əlamətidir? Onun əlamətidir ki, özlərini “lider”adlandıranlar vəzifəyə gəldikdən sonra xalqın etimadını doğrultmaq barədə düşünmürlər. Çox keçmir ki, onlarla xalq arasında keçilməz sədlər yaranır.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Oktyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri