Icma.az
close
up
RU
Həmin gəmidəkilər İsraildən deportasiya ediləcək Video

Həmin gəmidəkilər İsraildən deportasiya ediləcək Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Göyərtəsində Fələstinyönümlü aktivistlərin olduğu və Qəzza zolağına yollanan “Madleen” gəmisi İsrailin Aşdod limanına yönləndirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb. 

Bildirilib ki, gəminin göyərtəsinə İsrailin dəniz xüsusi təyinatlıları qalxdıqdan sonra bu barədə qərar verilib.

Həmçinin qeyd olunub ki, aralarında isveçli aktivist Qreta Tunberq də olan fəallar ölkədən deportasiya ediləcək. 

İsrailin Xarici İşlər Nazirliyi isə “X” hesabında paylaşım edərək gəminin sərnişinlərinin artıq ölkəni tərk etmək üçün Ben-Qurion aeroportunda olduğunu yazıb. Onlardan bəzilərinin yaxın saatlarda İsraili tərk edəcəyi gözlənilir. 

Nazirlik xəbərdarlıq edib ki, deportasiya barədə sənədi imzalamaqdan və İsraili tərk etməkdən imtina edənlər ölkə qanunvericiliyinə uyğun olaraq məhkəmə qarşısına çıxarılacaq. 

Xatırladaq ki, Qəzza zolağına yollanan “Madleen” gəmisi iyunun 1-də Siciliyanın Kataniya limanından yola düşüb. Onun göyərtəsində Qreta Tunberq və Avropa parlamentinin deputatı Rima Hassan da olmaqla 12 nəfər olub. “Madleen” saxlanılmazdan əvvəl İsrail XİN gəmidən anklavın blokadısını keçmək cəhdlərindən imtina etməyi və istiqamətini dəyişməyi tələb etmişdi. Qurum bununla yanaşı, gəmini “selfi yaxtası” adlandıraraq, fəalların Qəzzaya humanitar yardım aparmaq fikrinin özlərini reklam üçün medianın diqqətini cəlb etməyə yönəldiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 İyun 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see276

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see225

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see217

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see215

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see213

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see212

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see211

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see210

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see207

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see206

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see205

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see203

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see202

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see199

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see198

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see197

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see194

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see193

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see189

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri