Icma.az
close
up
RU
Həmin oyunçular milliyə dəvət olunmayacaqlar Fernandu Santuş

Həmin oyunçular milliyə dəvət olunmayacaqlar Fernandu Santuş

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Azərbaycan milli komandasının iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, AFFA-nın inzibati binasında Fernandu Santuş heyəti açıqladıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Yoxlama görüşlərində nəyə ümid edirsiniz?

- Əlbəttə ki, gözləntilərimiz yaxşı məşq edib və hazırlaşaraq qələbə qazanmaqdır.

- ⁠Elə futbolçu oldumu ki, çağırmağa tərəddüd etdiniz?

- ⁠Bəzi oyunçular var ki, istərdim çağırım, amma zədə səbəbindən dəvət edə bilmədim. Amin Seydiyev, Coşqun Diniyev və bundan öncə Ramil Şeydayevlə Ozan Can Kökcü də dəvət olunmuşdular. Amma son oyunlarda şans qazanmadıqları üçün dəvət edə bilmədik. Oynamayan oyunçunu milliyə dəvət edə bilmərik. Gələcəkdə komandalarında şans qazansalar millinin qapıları onlar üçün açıqdır.

- Mətbuatda yayılan məlumatlara görə, qarşıdakı iki oyunda uduzsanız, istefaya göndəriləcəksiniz...

- Bu, mənim problemim deyil. Gəzən söz-söhbətlərdir. AFFA rəhbərliyi daha yaxşı bilir.

- ⁠Cənab Santuş sizdən gözləntilər çoxdur. Siz nə düşünürsünüz, millidə hansı proqress olub?

- ⁠Bundan öncəki mətbuat konfranslarında demişəm ki, biz öz yolumuza davam edəcəyik.

- ⁠Premyer Liqanın səviyyəsini 10 ballıq şkala ilə ölçə bilərsiniz?

- Ümumi 5 bal verərəm. Hər komandanın yaxşı səviyyəsi var.

- Legioner limiti ləğv edilir. Klubunda oynamayan oyunçuları milliyə çağıracaqsınız?

- ⁠Biri var, 5-10 dəqiqə çıxış edəsən. Biri də var, ehtiyat oyunçular skamyasında oturub şans qazanmırsan. Həmin oyunçular milliyə dəvət olunmayacaqlar. Hər məşqçinin öz seçimi var, hörmətlə yanaşıram. Hansısa klubda məşqçi işləsəydim, eyni qərarları verərdim. Hər futbolçu bizim üçün vacibdir. Bizim əlimizdə çox oyunçu yoxdur. Əlimzidə olanlardan milliləşdirilən Renat Dadaşov var. Hər klubda kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verir. Biz də istərdik ki, daha çox azərbaycanlı oyunçuları çağıraq. Yeni iki komanda da gələcək. Düşünürəm, rəqabət güclü olacaq. 

- Mövsümə mayın 31-də yekun vurulacaq və əksər futbolçular istirahətə yollanacaq. Bu ərəfədə yoldaşlıq görüşlərinə çağırılan milli üzvlərinin motivasiyasında problem olmayacaq ki?

- ⁠Ümid edirəm ki, motivasiyalarına pis təsir etməz. Ayın 27-dən təlim-məşq toplanışına başlayacağıq. Kubokun finalında iştirak edəcək oyunçular bizə sonradan qoşulacaq. Onlara 3 gün vaxt veriləcək ki, bizə sonradan qoşulsunlar. Sənin milli ruhun varsa, oraya motivasiya ilə qoşulacaqsan. Harada işləmişəmsə belə görmüşəm. Oyunçularımı tanıyıram, bilirəm ki, bizə hər zaman belə gəlirlər.

- Hər dəfə yeni heyət çağırırsınız. Nə zaman yekun heyət formalaşdıracaqsınız?

- ⁠Hər dəfə 25 oyunçu dəvət edilir. Çoxu eyni adlardır. Avropa çemoionu olmuşam, Millətlər Liqasını da qazanmışam.

- Siz əsəbləşirsiniz, amma ictimaiyyət haqlı olaraq sizdən nəticə gözləyir.

- ⁠Zədəli oyunçular olmasaydı, yeni adlar çox olmayacaqdı. Həm də onları da sınaqdan keçirməliyik. Həmçinin yoldaşlıq görüşü olduğundan, ideal vaxtdır. Hər təlim-məşq toplanışına yeni oyunçular dəvət edirik ki, gəlib buradakı ab-havanı görsünlər. Gələcəkdə də təcrübəli olsunlar. Hazırda Portuqaliya yığmasında oynayanların çoxu 18-19 yaşda milliyə dəvət olunanlardır, eləcə də Yunanıstanda.

- Dəvət etdiyiniz futbolçuların çoxu yaşlıdır. Məsələn qapıçılar...

- Qapıçı çox vacib mövqedir. Burada çox az rotasiyalar edirik. Ötən dəfə Şahruddin zədələndikdə “Səbail”dən qapıçı dəvət etdik. Rza da yaxşı qapıçıdır. Şahruddin özü təcrübəlidir.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://fanat.az
archiveBu xəbər 23 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri