Icma.az
close
up
RU
Fernandu Santuş: Onlar özlərini göstərəndə dəvət alacaqlar

Fernandu Santuş: Onlar özlərini göstərəndə dəvət alacaqlar

Icma.az bildirir, Apasport portalına istinadən.

Bu gün Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. 

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb: 

- İlk dəfə yığmaya I Liqadan oyunçu çağırmısınız. Şahin Şahniyarovu hansı üstünlüklərinə görə milliyə dəvət etmisiniz?
- Onda çoxlu keyfiyyət gördüm. Mən və məşqçilər korpusum tez-tez aşağı liqa oyunlarına baxırıq. Orda bir çox oyunçu var ki, diqqətimizi cəlb edib. Şahin da keyfiyyətli oyunçudur. Onu da dəvət etmişik ki, görək özünü necə göstərir.

- Haiti ilə oynamaq kimin seçimi idi?
- Rəqiblərimiz AFFA tərəfindən danışılır, müzakirə aparılır, seçilir. Haiti okeanın o biri tərəfində yerləşir. Çox yaxşı oyunçuları var. Yaxşı, güclü liqalarda oynayırlar. Ona görə Haiti heç də zəif rəqib deyil.

- Emin Mahmudovu zədəyə görə çağırmadınız? Zədəli olmasaydı, milliyə dəvət edəcəkdiniz?
- Yalnız Emin deyil, Abbas Hüseynov, Ceyhun Nuriyevi də vurğulaya bilərəm. Onlar fiziki cəhətdən yaxşı olmadıqları üçün deyil, zədəli olduqları üçün yığmaya dəvət edilməyiblər.

- Legioner limitinin ləğvi ilə bağlı fikiriniz necədir? Bu qərar gələcək işlərinizə necə təsir edəcək?
- Bu qərarın xeyrini görmək üçün yalnız gözləmək lazımdır. Komanda sayı da artırılıb. Bu qərarların nəticəsinin bizim üçün necə olacağını qarşıdakı aylarda görəcəyik.

- Haiti və Belarusdan başqa, hansısa yığmalardan təklif olmuşdu?
- Bayaq da buna oxşar sual oldu. Mən təklif etdim ki, 2 yoldaşlıq oyunu keçirək. O proqrama uyğun da AFFA danışıqlar apardı və komandalar seçildi. Hazırkı toplanış UEFA tarixlərinə düşür. Bir çox yığmalar rəsmi oyunlara çıxacaq.

- Ramazan ayı davam edir. Futbolçulara oruc tutmağa icazə veriləcək?
- Əlbəttə, icazə veriləcək. Bu da normaldır. Buna hörmətlə yanaşıram. Bu məsələlərə diqqət etməliyik.

- I Liqa oyunlarına gedirsiz. Amma yalnız bir oyunçunu dəvət etmisiniz. Digərlərindən razı qalmadınız?
- U-17 Liqasını və əvəzedicilərin də çempionatını izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilmərik. Təcrübəli futbolçular da gənclərə köməklik etməli və yardımçı olmalıdırlar. Yaşından asılı olmayaraq yığmanın qapıları hər bir azərbaycanlı futbolçuya açıqdır. Onlar özlərini göstərəndə dəvət alacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi Haiti yığması ilə martın 22-də Sumqayıt şəhər stadionunda qarşılaşacaq.

Azərbaycan millisinin rəqibləri bəlli oldu - YENİLƏNİB Orxan Məmmədov: “Qoy idman yarışında həqiqi qalib bəlli olsun” Filip Yuda: “İnanıram ki, Bakı-2025 əla olacaq” “Neftçi”nin üzvü Monteneqro millisinə dəvət alıb Millimiz Lüksemburqa məğlub oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://apasport.az
archiveBu xəbər 13 Mart 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri