Icma.az
close
up
RU
Təbii resurslardan texnoloji inkişafa...

Təbii resurslardan texnoloji inkişafa...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Qeyri-neft sektoru inkişafın əsas sütununa çevrilir

Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı ölkəmizdə yürüdülən mükəmməl iqtisadi siyasətin milli inkişafın təmin edilməsində və qazanılan uğurların təmin olunmasında mühüm rol oynadığını bildirdi. Dövlət başçısı iqtisadi göstəricilərimizin çox müsbət olduğunu vurğulayaraq elm ictimaiyyəti və iqtisadiyatda 85 faiz paya malik olan özəl sektor təmsilçilərinə bir sıra mesajlarını da çatdırdı.

Nədir bu mesajlar?

Azərbaycanda iqtisadi inkişafın uzun illər əsas sütunu neft sektoru və ya eneji amili olub, son illərdə ümumi daxili məhsulun (ÜDM) tərkibində neft və qazın çəkisi aşağı düşür, bunun başlıca səbəbi isə hasilatın obyektiv səbəblərə görə aşağı düşməsi, qlobal bazarlarda enerji qiymətlərindəki dəyişkənliklərdir. Ancaq buna baxmayaraq iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsinə çevrilən qeyri-neft sektoru milli inkişafın dayanıqlılığını təmin etməkdədir. Belə ki, 2025-ci ilin 9 ayında Azərbaycanda 1,3 faiz artan ÜDM-in tərkibində  qeyri neft-qaz sektorunda 2,9 faiz dinamika qeydə alınıb. Bu dövrdə neft-qaz sektorunda isə əlavə dəyər 1,9 faiz azalıb. Bu o deməkdir, ki, qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımı 2 dəfə üstələyir. Bu, qeyri-neft sektorunun iqtisadi inkişafda əsas drayverə çevrildiyini təsdiqləyir.

Göründüyü kimi, neft sektorundakı azalmaya rəğmən, qeyri-neft sektoru hesabına ümumi iqtisadi artım tempi qorunub saxlanılır.

İntellektual potensial tükənməz sərvətdir

Dövlət başçısı bu məsələyə xüsusi yanaşmaqla, iqtisadi inkişafın müasir bazasının və gələcək tərəqqinin birbaşa qeyri-neft amilinə söykənəcəyini, təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensial, texnoloji-elmi inkişafla irəliyə getməyin mümkünlüynü diqqətə çatdırır. Vurğuladığı kimi təbii resurslar bizim üçün sadəcə olaraq, bir vasitədir, bir imkandır. “Biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Təbii sərvətlər tükənəndir, tükənməz sərvət isə intellektual potensialdır”.

Bu mesajlar iqtisadi sektorla bağlı real vəziyyəti düzgün qiymətləndirmə və optimist yanaşma olmaqla bərabər, biznes cəmiyyətini, elm sektorunu daha fəal olmağa dəvət edən ünvanlı tövsiyədir. Bu o deməkdir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı islahatları dərinləşdirən dövlət yaratdığı bu imkanlardan sahibkarların, iqtisadi strukturların, onlarla birgə işləməli olan elmi tədqiqat institutlarının daha çox faydalanmasını istəyir. Hökumət hesab edir ki, bu sağlam iqtisadiyyatdan, yaradılmış əlverişli imkanlardan daha çox istifadə etmək, prioritetləşən sahələrə xüsusi diqqət artırmaq və neftdənkənar sahələrin əsas bölmələri olan yeni sənaye və rəqəmsal quruculuğa töhfə vermək lazımdır. Özəl sektor və elm ictimaiyyəti Azərbaycan hökumətinin qəbul etdiyi dövlət proqramlarının və inkişaf konsepsiyalarının prioritetlərinə uyğun olaraq öz fəaliyyətlərini həmin sahələrə fokuslamalı, daha işgüzar olmalı, qlobal rəqabətdən geri qalmamalıdır.

Ortamüddətli dövr üzrə gözləntilər müsbətdir

İmkanlar kifayət qədər böyükdür, bu gün qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının əksəriyyətini təşkil edir. Qeyri-neft sektorunun artmasında əsas amillər biznes sektorunun fəallığının yüksəlməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müsəssisələrin yaradılmasıdır. Bu sahənin şaxələndirilməsi sayəsində güclü sənaye, nəqliyyat, tikinti, turizm, aqrar-sənaye, xidmət bölmələri yaradılıb. Rəqabətin təmin edilməsi qeyri-neft sahələrinə xarici investorların da marağını artırıb və sərmayə qoyuluşları yüksəlir. Dünyanın aparıcı reytinq agentlikləri mövcud mənzərəni dəyərləndirərək ölkəmizin  kredit reytinqimizi yüksəldib.

Qeyri-neft yığımları Azərbaycanın maliyyə dayanıqlılığı üçün də əsas bünövrəyə çevrilib və iqtisadiyyatımızın sağlamlığını gücləndirib. Fiskal daxilolmaların artımı fonunda xarici borcumuz azalaraq ÜDM-in 6 faizini təşkil edir. Hazırda borcun milli gəlirdə faiz nisbətinə görə, Azərbaycan dünyada ən yaxşı və əlverişli ölkələr qrupunda yer alır. Strateji valyuta ehtiyatlarımız 80 milyard dolları ötməklə xarici borcumuzu 16 dəfə üstələyir.

Qlobal maliyyə institutlarının qeyri-neft sahəsi ilə bağlı ortamüddətli dövr üzrə gözləntiləri də müsbətdir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankının və digər qurumların proqnozlarına görə, ortamüddətli dövrdə Azərbaycan iqtisadiyyatında artımı formalaşdıran mənbə kimi mühüm rol oynayan qeyri-neft sahəsi iqtisadi artımın və fiskal daxilolmaların əsas drayverləri olacaq. Ortamüddətli perspektivdə neftdənkənar sahələrin illik artım tempi 3-3,5 faiz təşkil etməklə ümumi inkişafı təmin olunmasına töhfə verəcək.

Qarabağ və Şərqi Zəngəzur inkişafın ünvanına çevrilir

Bu gün əsas investisiya layihələrinin istiqaməti olan Qarabağ və Şərqi Zəngəzur həm də qeyri-neft sektorunun əsas ünvanlarından biridir. Ələlxüsus da bərpaolunan enerji növlərinin perspektivlərinə görə, əlverişli bölgədir. Bu regionda son 5 il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilib ki, onların toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyulub. Həmin stansiyaların yaxınlığında 240 meqavat gücündə üçüncü Günəş elektrik stansiyası inşa edilir. Bütövlükdə, 2030-cu ilə qədər Günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatdılacaq ki, Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsini təmin edəcək.

Həmçinin Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır. Zəngin qeyri-neft resursları olan qızıl, gümüş, mis yataqları, polimetal yölkəmizə böyük dividentlər gətirəcək.

Bir sözlə, qeyri-neft sektoru üçün mənbələr kifayət qədər genişdir və Azərbaycanın gələcək inkişafının əsas sütunu kimi bu sahənin dayanıqlılığı daha da möhkəmlənəcək.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see303

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see277

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see277

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see266

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see260

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see254

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see246

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see240

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see236

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see231

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see226

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see225

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see222

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see212

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see211

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see204

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see197

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see194

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see186

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri