Həmin təyyarədəki sərnişinlər danışdı “Məni öldürün” deyə qışqırırdı
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu “Flydubai” təyyarəsində ikinci pilotu zərərsizləşdirməkdə kömək etmiş bir neçə sərnişini qəbul edib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, görüş zamanı onlar sentyabrın 30-da baş verən hadisənin təfərrüatını açıqlayıblar.
Sərnişinlər hadisəni törədən şəxsin onlardan öldürülməsini istədiyini bildiriblər.
“Biz pilota bıçaqla zərbə endirən ikinci pilotun əl-qolunu qulaqlıq naqilləri ilə bağladıq. O, “Məni öldürün” deyə təkrar edirdi, yəni o, ölümü tapşırığı yerinə yetirə bilməməkdən üstün tuturdu”, - Baş nazirin ofisinin şahidlərin sözlərinə istinadən yaydığı bəyanatda deyilir.
Görüşdə iştirak edən şəxslərin adları isə açıqlanmayıb.
Xatırladaq ki, sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan 174 nəfərlik “Flydubai” laynerində ikinci pilot birinci pilota bıçaqla hücum edib. Sərnişinlər və digər pilot sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı araşırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 02 Oktyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















