Həmin universitet bağlansa, tələbələr başqa ali məktəblərə köçürüləcək AÇIQLAMA
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Son günlər Bakı Qızlar Universitetinin akkreditasiyadan keçməməsi ilə bağlı məlumatlar geniş müzakirə olunur və bu, təbii olaraq universitetin gələcəyi ilə bağlı narahatlıqlar yaradır. İlk olaraq qeyd etmək istəyirəm ki, akkreditasiyadan keçməyən ali təhsil müəssisələrinə adətən aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün müəyyən vaxt və imkan verilir. Lakin ictimaiyyətə hansı səbəblərə görə universitetin akkreditasiyadan keçmədiyi açıqlanmadığından, bu çatışmazlıqların aradan qaldırıla bilən texniki məsələlər, yoxsa daha ciddi pozuntular olduğu məlum deyil. Məhz bundan sonra universitetin gələcək taleyi ilə bağlı daha dəqiq fikir söyləmək mümkün olacaq".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Səbuhi Abdullayev səsləndirdi.
O hesab edir ki, əgər söhbət aradan qaldırılması mümkün olan və daha çox xəbərdarlıq xarakteri daşıyan nöqsanlardan gedirsə, universitet onları qısa müddətdə aradan qaldıracaq və valideynlərlə tələbələrin narahatlığına əsas qalmayacaq:
"Yox, əgər söhbət daha ciddi uyğunsuzluqlardan gedirsə, o zaman universitetin fəaliyyətinin dayandırılması məsələsi gündəmə gələ bilər".
Müsahibimiz qeyd etdi ki, belə bir qərar qəbul olunacağı təqdirdə isə tələbələrin narahat olması üçün ciddi əsas yoxdur:
"Çünki əvvəlki təcrübələr göstərir ki, bu halda tələbələr topladıqları bal və ixtisaslarına uyğun olaraq digər ali təhsil müəssisələrinə köçürülürlər. Eyni zamanda, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi köçürmə prosesində onların ixtisasları dəyişdirilmir və təhsillərini başa vurduqdan sonra diplomlarını normal qaydada ala bilirlər. Düşünürəm ki, yaxın vaxtlarda məsələ ilə bağlı rəsmi mövqe açıqlanacaq və yaranmış qeyri-müəyyənliyə aydınlıq gətiriləcək".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 24 İyul 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















