Icma.az
close
up
RU
“Həmin vaxt maşını 220 ilə sürürdü” 21 yaşlı qız həbs edildi

“Həmin vaxt maşını 220 ilə sürürdü” 21 yaşlı qız həbs edildi

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən ilin noyabrında Gəncə-Şəmkir yolunun Göygöldən keçən hissəsində “Mercedes GL 550” markalı avtomobilin qəzaya uğraması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hadisə vaxtı avtomobili idarə edən 21 yaşlı G.Kərimovaya hökm oxunub. İlkin məlumatlarda qəza zamanı avtomobilin 1990-cı il təvəllüdlü Əhliman Ramiz oğlu Abdi tərəfindən idarə edilməsi bildirilsə də, bu, təsdiqini tapmayıb.

Araşdırmalarla müəyyən edilib ki, hadisə vaxtı Əhliman tanışı, hərbi hissədən 5 günlük məzuniyyətə buraxılmış 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və digər tanışları ilə birgə Gəncədəki “Karizma” restoranında yeyib-içiblər. Bu zaman onlar Gəncədə fəaliyyət göstərən “Babalounch” restoranında işləyən qızları məclisə dəvət ediblər və birgə spirtli içki qəbul ediblər.

Gecə saat 2 radələrində restoranı tərk edərkən Əhliman sərxoş olduğunu deyərək sükan arxasına G.Kərimovanın keçməsini istəyib, özü isə ön sərnişin oturacağında əyləşib. Hikmətlə digər qız isə arxada oturub. Onlarla birgə məclisdə iştirak edən şəxslərdən bir neçəsi Leylanın (şərti) sürdüyü “Chevrolet Equinox” markalı avtomobilə, digərləri isə 3-cü avtomobilə əyləşib. Yolda olarkən sürücü qızlar ötüşməyə başlayıblar və idarəetmədən çıxan avtomobil divara çırpılıb. Nəticədə Əhlimanla Hikmət həlak olublar.

Hadisə vaxtı avtomobildə olan və yaralanan xanım sərnişin bildirib ki, qəza vaxtı Əhliman G.Kərimovadan Leylanın sürdüyü maşını keçməsini tələb edib: “Leyla manevrlər edirdi, əlini pəncərədən çıxarıb oynayırdı. Sürət təxminən saatda 200-220 kilometr olardı. Əhliman ona qışqırdı ki, Leylanı keçsin, əlini sükana atdı, qəza da bu zaman oldu. Sonrasını xatırlamıram”.

Məhkəmədə bildirilib ki, G.Kərimovanın 2023-cü il təvəllüdlü bir övladı var. Onun sürücülük hüququnun olmaması da müəyyən edilib. Gəncə Ağır Məhkəməsinin hökmü ilə ona 7 il 6 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs edilib.\\qafqazinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Avqust 2026 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri