Icma.az
close
up
RU
“Həmin vaxt maşını 220 ilə sürürdü” 21 yaşlı qız həbs edildi

“Həmin vaxt maşını 220 ilə sürürdü” 21 yaşlı qız həbs edildi

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən ilin noyabrında Gəncə-Şəmkir yolunun Göygöldən keçən hissəsində “Mercedes GL 550” markalı avtomobilin qəzaya uğraması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hadisə vaxtı avtomobili idarə edən 21 yaşlı G.Kərimovaya hökm oxunub. İlkin məlumatlarda qəza zamanı avtomobilin 1990-cı il təvəllüdlü Əhliman Ramiz oğlu Abdi tərəfindən idarə edilməsi bildirilsə də, bu, təsdiqini tapmayıb.

Araşdırmalarla müəyyən edilib ki, hadisə vaxtı Əhliman tanışı, hərbi hissədən 5 günlük məzuniyyətə buraxılmış 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və digər tanışları ilə birgə Gəncədəki “Karizma” restoranında yeyib-içiblər. Bu zaman onlar Gəncədə fəaliyyət göstərən “Babalounch” restoranında işləyən qızları məclisə dəvət ediblər və birgə spirtli içki qəbul ediblər.

Gecə saat 2 radələrində restoranı tərk edərkən Əhliman sərxoş olduğunu deyərək sükan arxasına G.Kərimovanın keçməsini istəyib, özü isə ön sərnişin oturacağında əyləşib. Hikmətlə digər qız isə arxada oturub. Onlarla birgə məclisdə iştirak edən şəxslərdən bir neçəsi Leylanın (şərti) sürdüyü “Chevrolet Equinox” markalı avtomobilə, digərləri isə 3-cü avtomobilə əyləşib. Yolda olarkən sürücü qızlar ötüşməyə başlayıblar və idarəetmədən çıxan avtomobil divara çırpılıb. Nəticədə Əhlimanla Hikmət həlak olublar.

Hadisə vaxtı avtomobildə olan və yaralanan xanım sərnişin bildirib ki, qəza vaxtı Əhliman G.Kərimovadan Leylanın sürdüyü maşını keçməsini tələb edib: “Leyla manevrlər edirdi, əlini pəncərədən çıxarıb oynayırdı. Sürət təxminən saatda 200-220 kilometr olardı. Əhliman ona qışqırdı ki, Leylanı keçsin, əlini sükana atdı, qəza da bu zaman oldu. Sonrasını xatırlamıram”.

Məhkəmədə bildirilib ki, G.Kərimovanın 2023-cü il təvəllüdlü bir övladı var. Onun sürücülük hüququnun olmaması da müəyyən edilib. Gəncə Ağır Məhkəməsinin hökmü ilə ona 7 il 6 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs edilib.

Aslan Vəliyev



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 İyul 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri