“Həmin video köhnədir, Ali Lider olmamışdan əvvəl çəkilib”
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
İranın Ali Lideri Müctəba Xameneinin mediada yayılan görüntüləri ilə bağlı yeni məlumat açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, TASS-a danışan İranlı mənbənin sözlərinə görə, görüntülər Müctəba Xameneinin Ali Lider vəzifəsinə təyin olunmasından əvvəl çəkilib.
Mənbə onun səhhətinin yaxşı olduğunu və ictimaiyyət qarşısına çıxmamasının əsas səbəbinin təhlükəsizlik narahatlıqları olduğunu bildirib.
“Bu, köhnə videodur. Ali Lider olmazdan əvvəl çəkilib”, - deyə mənbə TASS-a bildirib.
Qeyd edək ki, bundan əvvəl İranın “Mehr” xəbər agentliyi Müctəba Xameneinin bir qrup şəxslə söhbət etdiyi görüntüləri yayımlayıb. Videoda onun ətrafındakı şəxslərin Xameneini diqqətlə dinlədiyi görünür. Lakin görüntülərin harada və nə vaxt çəkildiyi barədə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 09 Avqust 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















