“Həmkardan həmkara qayğı ilə” Daşkəsəndə Fotolar
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Daşkəsən rayonunda təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sakinlərə ödənişsiz tibbi xidmətlər göstərilib.
Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında keçirilən müayinələr zamanı kardiologiya, endokrinologiya, uşaq nevrologiyası, nevrologiya, dermatologiya və urologiya istiqamətləri üzrə həkimlər tərəfindən tibbi müayinələr aparılıb.
İki gün ərzində ümumilikdə 300-dən çox rayon sakini müayinədən keçib. Müayinə nəticəsində səhhətində problem aşkarlanan şəxslərə müvafiq tibbi tövsiyələr verilib və müalicə istiqamətləri müəyyənləşdirilib.
Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.
Qeyd edək ki, “Həmkardan həmkara qayğı ilə” layihəsi ucqar bölgələrdə yaşayan əhalinin tibbi xidmətlərə çıxış imkanlarının artırılması, onların sağlamlığının qorunması və dövlətimizin sosial siyasətinə töhfə vermək məqsədi daşıyır.
2025-ci ilin aprel ayından start götürən layihə çərçivəsində indiyədək ümumilikdə 3 minə yaxın vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 16 İyun 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















