Icma.az
close
up
RU
Həmkarlar ın bitməyən həmtay oyunları: 6 ilə 9 un yeri dəyişməsində hansı hikmət gizlənib?

Həmkarlar ın bitməyən həmtay oyunları: 6 ilə 9 un yeri dəyişməsində hansı hikmət gizlənib?

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında baş verən ciddi qanun pozuntuları, özbaşınalıqlar, qohum, dost tanış idarəetməsi haqqında danışmazdan əvvəl, Həmkarlar nəyə lazımdır sualına 1 2 cümlə ilə cavab verməyə çalışacağıq.

Mia.az-ın məlumatına əsasən, Həmkarlar İttifaqları haqqında Qanuna əsasən, üzvlūyə qəbul və ya xaric olunma fərdi qaydada aparılır və üzvlūyə qəbul könüllülük prinsipi və ərizə əsasında ilk həmkarlar ittifaqi təşkilatı tərəfindən həyata keçirilir.

Yəni siz iş yeriniz üzrə həmkarlar ittifaqı ilk təşkilatının razılığı ilə üzvlükdən çıxa bilərsiniz. Bunun üçün harasa getməyə, müraciət etməyə, kimlərəsə yalvarmağa ehtiyac yoxdur. Bundan əlavə işçinin həmkarlara üzv olmaq yalnız ərizə əsasında həyata keçirilir. Üzv olmaq işçinin səlahiyyətinə daxildir. Əgər şəxs həmin üzvlüyə görə maaşdan müəyyən məbləğin tutmasından narazıdırsa, tələbini irəli sürə bilər, lakin 3 ay müddətində ödəmədiyi təqdirdə, təşkilata üzvlükdən xaric edilə bilər”.İndi isə AHİK-də son aylarda baş verən qanunsuzluqlar, özbaşınalıqlar haqqında.

AHİK sədri Sahib Məmmədov az qala 1 ilə yaxındır bu qurumu siyasi qalmaqallar ocağına çevirmişdir. Bu müddət ərzində bütün təcrübəli həmkarlar işçilərini müxtəlif bəhanələrlə işdən uzaqlaşdıraraq, ancaq rəqəm

“qovmağı” öyrənmiş səriştəsiz kadrları öz ətrafına topladı və toplamağa çalışır.

Konkret faktlarla deyək: bu günlərdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin növdədənkənar seçkisi keçirilib. Gündəlikdə dayanan məsələ yeni sədrin seçilməsi olub. Ondan bir neçə gün əvvəl tələm-tələsik  AHİK Aparat rəhbərinin müavini Hikmət Nəbiyevi öz vəzifəsində qala qala, adı qeyd olunan Komitəyə müavin seçiblər. May ayının 16 sı  (tarix dəqiq olmaya bilər, 1-2 gün fərqlə ola bilər) yenidən seçki keçirilib və hazırkı sədr Hikmət Osmanovu işdən azad etmək barədə məsələni müzakirəyə qoyub.

Hikmət Nəbiyev yekdilliklə yeni sədr seçilib və dərhal Hikmət Osmanov müavin seçilib. Təsəvvür edirsiniz Hikmət müəllimlərin yeri dəyişdirilib. Hikmət Osmanov həmçinin Konfederasiyanın sədr müavini vəzifəsində qalmağa davam edir. SİZ BU BİABIRÇILIĞI, ÖZBAŞINALIĞI, 1 milyon ittifaq üzvünə həqarəti təsəvvür edirsiniz ?!

69 yaşlı Hikmət Osmanov istefaya gedirdisə, niyə yenidən  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini vəzifəsinə seçilirdir? 

Hikmət Nəbiyev Aparat rəhbərinin müavini kimi qalıb, CƏNAB SƏDRİN gündəlik tapşırıq və göstərişlərini yerinə yetirəcəkdisə, niyə nəhəng bir Komitəyə sədr seçilirdi?!

Suallar təbii ki ritorikdir ! Sahib Məmmədovun ərköyünlüyü ilə idarə olunan 1 milyondan artıq “könüllü” üzvü olan təşkilatda 1 nəfər də könüllü olaraq söz deməyə haqqı yoxdur. Bizlərin bu qədər narahatlığını  görən hörmətli Sahib müəllim, artıq bütün seçkiləri, vacib işləri mediaya qapalı şəkildə aparır. Çünki nə qədər araşdırma aparsaq da, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin NÖVBƏDƏNKƏNAR hesabat-seçki konfransı haqqında məlumata rast gəlmədik. Halbuki, ittifaq üzvlərindən məcburi tutulan 2 % vəsait uğrunda gedən ağır siyasi və maddi savaşlar, cəmiyyət və ictimaiyyət üçün kifayət qədər açıq və hesabatlı olmalıdır !

Növbəti məqaləmizdə Nigar Vahabzadə xanımın daxildə yaratdığı ciddi siyasi qarşıdurmalar haqqında konkret məlumatlar təqdim edəcəyik...

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 İyun 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri