Icma.az
close
up
RU
Həmkarlar təşkilatlarının işində yeni mərhələ...

Həmkarlar təşkilatlarının işində yeni mərhələ...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AHİK-in VIII Qurultayında gələcək fəaliyyət istiqamətləri müəyyən edilib

Azərbaycanda həmkarlar ittifaqlarının tarixi XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində neft sənayesinin çiçəklənməsi ilə milli sahibkarların yetişdiyi, Bakının böyük sənaye mərkəzinə çevrildiyi və fəhlə hərəkatının genişləndiyi dövrə gedib çıxır. 1904-cü il dekabrın 30-da “Elektrosila” zavodunda neft sənayeçiləri ilə fəhlələr arasında ilk kollektiv müqavilə imzalanıb. 1905-ci il oktyabrın 17-də isə konka (at dəmir yolu) işçiləri həmkarlar ittifaqı təşkilatı yaratdılar. Artıq 1906-cı ilin sonunda Bakıda mövcud olan 18-20 həmkarlar ittifaqının üzvlərinin sayı 12 min nəfəri ötmüşdü. Qafqazdakı həmkarlar ittifaqının 75 faizi Bakı şəhərində cəmlənmişdi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə ölkə həyatının bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verdi. 1993-cü il fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini yeni təsis olunan konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) verdi. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində müsbət dəyişikliklər başlandı.

AHİK-in müstəqil qurum kimi formalaşması isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin şəxsi təşəbbüsü və nəzarəti altında 1994-cü ilin fevralında postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanunun qəbul edilməsi ilə həmkarlar ittifaqlarının cəmiyyətdəki yeri və statusu müəyyən olundu. Ümummilli Liderin inkişaf strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi qurumun həyatında xüsusi rol oynayıb.

Bütövlükdə, AHİK-in əsas məqsədi işçilərin hüquq və mənafelərinin müdafiəsi, sosial ədalətin təşviqi, eləcə də əməyin mühafizəsinin təmin edilməsi istiqamətində davamlı fəaliyyət göstərməkdir.

Yeri gəlmişkən, dekabrın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib. Tədbirdə qurultay nümayəndələri ilə yanaşı, dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, beynəlxalq təşkilatların və bir sıra ölkələrin həmkarlar ittifaqının rəhbərləri də iştirak ediblər. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dövlət başçısı İlham Əliyevin qurultay iştirakçılarına müraciətini səsləndirib. Prezidentin müraciətində vurğulandığı kimi, ölkəmizdə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atılır. Müasir dövrün çağırışlarına çevik uyğunlaşmaq, həmkarlar ittifaqları üzvləri ilə sıx əlaqələr qurmaq, xidmətləri rəqəmsallaşdırmaq, müvafiq sahələrdə süni intellektin tətbiqi imkanlarını genişləndirmək, xidmət keyfiyyətini və məmnunluq səviyyəsini yüksəltmək xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq əmək standartlarına uyğun fəaliyyət, dünya həmkarlar hərəkatı ilə əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi həmkarlar ittifaqlarının nüfuzunun daha da artırılmasına xidmət edir. Güclü və sağlam vətəndaş cəmiyyətinin inkişafında, həmrəyliyin möhkəmlənməsində həmkarlar ittifaqları mühüm işlər görür.

Qeyd edək ki, qurultayın gündəliyinə Konfederasiyanın 2018-2025-ci illər üzrə fəaliyyəti haqqında hesabat, Təftiş komissiyasının hesabatı, yeni Nizamnamə layihəsinin və qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərinin müzakirəsi daxil edilib. Konfederasiya sədri Sahib Məmmədov hesabat məruzəsi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həmkarlar ittifaqlarının inkişafındakı rolunu və 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmiş “Həmkarlar ittifaqları haqqında” Qanunun əhəmiyyətini vurğulayıb, Prezident İlham Əliyevin həmkarlar ittifaqlarına verdiyi davamlı dəstəyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan və həmkarlar ittifaqı üzvlərini də əhatə edən humanitar və sosial layihələrin ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verdiyini qeyd edib.

Hesabat məruzəsində Konfederasiyanın əmək hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin yaradılması, əməyin təhlükəsizliyi, Baş Kollektiv Sazişdən irəli gələn öhdəliklərin icrası, gender, gənclər, idman və təhsil sahəsində görülən işlər barədə geniş məlumat verilib. Bununla yanaşı, təkmilləşdirilmə tədbirləri və struktur islahatlarının həyata keçirildiyi, “Kurort” Turizm İnformasiya Mərkəzi, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi, “Həmkarların Sağlam Gələcəyi Naminə” İctimai Birlik və “Çağrı Mərkəzi” kimi yeni qurumların yaradıldığı, həmçinin “Buzovna”, “Bilgəh”, “Abşeron”, “Kurort Naftalan” və “Günəşli” sağlamlıq mərkəzlərində şəraitin yaxşılaşdırıldığı diqqətə çatdırılıb.

Konfederasiya sədri 2025-2027-ci illər üzrə AHİK-in İnkişaf Strategiyasının icrasının gedişi, rəqəmsallaşma prosesi, şəffaflıq, əlçatanlıq və operativliyin təmin olunması məqsədilə yollayışların verilməsinin elektronlaşdırılması, “AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə”, “Sağlamlığa doğru qaç”, bu gün start verilən “AHİK Plus” və digər sosial layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, əmək hüquqlarının müdafiəsi ilə yanaşı, yaşıl iqtisadiyyata keçid, süni intellekt dövründə iş yerlərinin qorunması, layiqli iş yerinin təmin edilməsi, sosial tərəfdaşlığın gücləndirilməsi AHİK-in əsas hədəfləri sırasındadır.

Tədbirdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Baş Kollektiv Sazişə əsaslanan sosial tərəfdaşlığın inkişafı nəticəsində əldə olunan uğurlardan bəhs edib, ölkəmizdə həyata keçirilən davamlı sosial-iqtisadi islahatların həmkarlar ittifaqlarının da səmərəli fəaliyyətinə və üzvlərinin rifahının yüksəldilməsinə əlverişli şərait yaratdığını diqqətə çatdırıb.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, qanunvericiliyin beynəlxalq əmək standartlarına uyğunlaşdırıldığını vurğulayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək işçi hüquqlarının qorunmasında, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın işində AHİK-in rolundan danışıb, qurumun təşəbbüslərinin, eləcə də kollektiv saziş mexanizmlərinin təkmilləşdirilməsi və sosial tərəfdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətinin ölkəmizdə həyata keçirilən sosial siyasəti dəstəklədiyini bildiriblər.

Tədbirdə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Trianqlın və Beynəlxalq Əmək Təşkilatı İşçilərin Fəaliyyəti Bürosunun direktoru Oliver Röpkenin qurultaya videomüraciəti izlənilib. Həmçinin, qurultayda çıxış edən Pan-Avropa Regional Şurasının sədri İqor Zubku, Türkiyə İşçi Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ərgün Atalay, Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde, Türkiyə Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Öndər Kahveçi, Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin sədri Gezim Kalaya və Türkiyə Metal İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının sədri Uysal Altundağ AHİK-in beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələri və Azərbaycanın sosial dialoq modelini müsbət qiymətləndiriblər.

Sonra Təftiş komissiyasının hesabatı dinlənilib. Ardınca Konfederasiyanın 2018-2025-ci illər üzrə fəaliyyəti barədə və Təftiş komissiyasının hesabatları ilə bağlı müzakirələr aparılıb, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Məmməd Həsənov çıxış ediblər.

Müzakirələrdən sonra AHİK-in qurultaylararası dövr üzrə və Təftiş komissiyasının hesabatları, eləcə də yeni Nizamnaməsi təsdiq olunub, gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see487

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see280

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see279

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see268

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see267

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see260

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see250

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see247

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see241

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see240

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see239

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see232

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see225

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see223

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see221

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see221

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see203

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see199

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see195

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri