Icma.az
close
up
RU
Həmrəyliyin parlaq nümunəsi

Həmrəyliyin parlaq nümunəsi

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət başçısı İlham Əliyev bu günlərdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə səfər etdi. Bu səfər Azərbaycanın yalnız iki deyil, beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında maraqlı olduğunu və bunu real addımları ilə təsdiqlədiyini bir daha nümayiş etdirdi.  “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim” deyən dövlətimizin başçısı İlham Əliyev diqqəti Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə yönəltdi. Bu mühüm qərara görə MDB dövlət başçılarına təşəkkürünü bildirdi. Vurğuladı ki, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi. Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib. Cənab İlham Əliyevin iştirak etdiyi elə bir tədbir yoxdur ki, orada tarixi Zəfərimizə və onun yaratdığı reallıqlar əsasında azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə diqqət  yönəldilməsin. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Bu ərazilərlə bağlı qəbul edilən önəmli qərarlar bu torpaqlarda görülən işləri geniş təhlil etməyi bir tələbə çevirir. Bu sırada onu da qeyd edə bilərik ki, Qarabağın tacı Şuşa da öncə Azərbaycanın, sonra Türk dünyasının, daha sonra isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Laçın şəhərinin cari ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və iqtisadi dirçəliş prosesinə beynəlxalq ictimaiyyətin dəstəyinin və həmrəyliyinin parlaq nümunəsi  kimi dəyərləndirildi. MDB-nin mədəniyyət paytaxtı elan edilən Laçın beynəlxalq mərkəz kimi dünyanın diqqətindədir. Bu il Laçın şəhəri, eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünə ev sahibliyi etdi. Laçın Beynəlxalq Hava Limanı Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə istifadəyə verildi.  Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq 26 avqust-Laçın Şəhəri Günüdür. 2022-ci  ilin 26 avqust tarixində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Twitter” səhifəsində xalqımıza bu müjdəni çatdırmışdı: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Bu gün digər azad edilmiş ərazilərimiz kimi Laçın da quruculuq dövrünü yaşayır. Soydaşlarımız mərhələ-mərhələ öz doqma yurd-yuvalarına qayıdırlar. Cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan-Tacikistan münasibətlərindən də bəhs etdi. Bildirdi ki, Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam. Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir. Hər bir beynəlxalq tədbir günün aktual  məsələləri ətrafında aparılan müzakirələrlə  yanaşı, iştirakçı ölkələrin malik olduğu imkanların təqdimatında da əhəmiyyətli rol oynayır. Azərbaycanın bu tədbirlərdə iştirakına xüsusi önəmin verilməsi beynəlxalq münasibətlər sistemində yeri və mövqeyinə bir daha işıq salır.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Oktyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see269

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see255

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see253

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see251

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see250

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see250

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see249

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see248

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see228

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see226

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see225

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see223

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see222

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see220

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see215

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see209

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see208

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see202

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see200

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri