Icma.az
close
up
RU
Həmrəyliyin beynəlxalq mənzərəsi: bacardıqmı?

Həmrəyliyin beynəlxalq mənzərəsi: bacardıqmı?

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq İnsan Həmrəyliyi Günü BMT-nin qərarı ilə 2006-cı ildən başlayaraq hər il dekabrın 20-də qeyd olunur. Həmrəylik mədəniyyətinin inkişaf etdirilməsi və ortaq məsuliyyət konsepsiyasının təşviq edilməsinin, yoxsulluğun aradan qaldırılması üçün mübarizənin vacib komponentləri olduğu qəzanətində olan əmin olan BMT bu günün dünya insanlarının kontaktında və həmrəyliyindəki payının xüsusi olduğunu düşünür.

Həmrəylik kiminsə hərəkətlərinə və ya fikirlərinə olan fəal simpatiyadır, maraqların birliyidir, yekdillikdir. Həmrəylik ortaq məsuliyyətdir. Beynəlxalq İnsan Həmrəyliyi Günü insanları hər vəziyyətdə əhəmiyyətli hesab edir, insan faktorunun birinci məsuliyyət olduğunu bildirir, insan hüquqları standartlarına əsaslanır və yenilənmiş qlobal tərəfdaşlığı əhatə edir. Bu gün müxtəliflik içində birliyimizi qeyd etdiyimiz bir gündür. Beynəlxalq Həmrəylik Günün hökumətlərə beynəlxalq müqavilələr üzrə öhdəliklərinə hörmət etməli olduqlarını xatırladır, həmrəyliyin əsas dəyər kimi ictimaiyyətə çatdırılmasını təşviq edir, yoxsulluğun aradan qaldırılması da daxil olmaqla Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün həmrəyliyin qurulmasına xidmət edir.

Həmrəylik maraqlar birliyinə və ümumi qrup məqsədlərinə nail olmaq ehtiyacına, birgə məsuliyyətə əsaslanan cəmiyyətlərin qarşılıqlı yardım və dəstəyidir. Hələ 2002-ci ildə BMT Baş Assambleyası Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) etimad fondu kimi Dünya Həmrəylik Fondunu təsis edib. Onun məqsədi inkişaf etməkdə olan ölkələrdə, xüsusən də ən yoxsullar arasında yoxsulluğun aradan qaldırılması və insan və sosial inkişafı təşviq etməkdir. Dünya Həmrəylik Fondunu dəyişikliklərin tərəfdarıdır və insanların həyatını yaxşılaşdırmaq üçün bilik, təcrübə və resurslara çıxışı təmin edir. Bu struktur 170 ölkə və ərazidə fəaliyyət göstərir.

Hər il müəyyən bir istiqaməti əsas götürən Beynəlxalq İnsan Həmrəyliyi Günü jurnal məqalələri, rəsmi tədbirlərdə çıxışlar, ayrı-ayrı şəxslərin, qrupların və maraqlı təşkilatların bloq yazıları da daxil olmaqla, bütün KİV-lərdə işıqlandırılır. ELəcə də ölkəmizdə bu günün tarixi, əhəmiyyəti, öhdəlikləri ilə bağlı media nümunələri dərc edilir. Bu günün əhəmiyyətini təbliğ edən sənədlər və materiallarda BMT-nin emblemini görmək olar - Antarktidadan başqa bütün qitələri əhatə edən Şimal Qütbündə yerləşən Yerin proyeksiyası və uzunluq səviyyələrini təmsil edən dörd konsentrik dairədən söhbət gedir. Proyeksiya sülhü simvolizə edən zeytun budaqları ilə əhatə olunub. Beynəlxalq Həmrəylik Günündə BMT hökumətlərə beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə hörmət etməyi xatırladır.

Həmrəylik, maraqların, məqsədlərin və standartların ümumiliyini yaradan və ya bunlara əsaslanan insan cəmiyyəti məcmusudur. Bu anlayış cəmiyyətdə insanları vahid bütövlükdə birləşdirən əlaqələrə aiddir. Həmrəylik dünyanı xilas edəcək, çünki həmrəylik sayəsində insanlar bir-birinə daha da yaxınlaşır. Onlar anlayırlar ki, bu dünya hamımızındır, hər hansı bir təhlükə hər kəsə təsir edə bilər, hər hansı faydalı iş hamının xeyrinə ola bilər. Həmrəylik birlikdir, hər kəsə və hər zaman lazım ola biləcək qarşılıqlı yardımdır.

İnsan şüurlu varlıqdır, o, instinktiv şəkildə hərəkət etmir, müəyyən analiz aparır, düşünür, təhlil edir və qənaətə gəlir. Bütün insanların ehtiyacları var və bunlar yalnız maddi ehtiyaclar deyil. Bizim ünsiyyət yaratmağımız, münasibət qurmağımız üçün də təminat olmalıdır. Sovet psixoloqu Lev Vıqotskinin mədəni-tarixi konsepsiyasına görə, bizim varlığımız həmişə sosial xarakter daşıyır. Yəni, insan sosial varlıqdır və özülündə ünsiyyət durur. İnsanın zehni və şəxsi inkişafı başqaları ilə qarşılıqlı əlaqədə olarkən fəaliyyətdə olur. Əgər insanlarla təmasda olmasaydı insan danışmağı öyrənə, şüurunu inkişaf etdirə, yəni şəxsiyyətə çevrilə bilməzdi. Sosiallaşma insanın cəmiyyətdə böyüməsi, mədəni-tarixi təcrübənin mənimsənilməsi zamanı baş verir, həmrəylik sosiallaşmadan doğan vəziyyətdir. İnsan sosiallaşdıqca alternativ fikirləri, fərqli düşüncələri görür, öyrənir. Zamanla fərqli düşüncəyə baxışı formalaşır, həmrəyliyin düsturunu öyrənir. Dünya bir gün müharibəsiz, xaossuz, qarşıdurmasız planetə çevriləcək, əgər bütün dünya insanları həmrəy ola bilsə.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Dekabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri