Icma.az
close
up
RU
Həqiqətin matrisası və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı Məqalə

Həqiqətin matrisası və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı Məqalə

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Həqiqəti üzə çıxarmaq cəsarət tələb edir, eşidib qəbul etmək isə güc!

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan multikulturalizmi, milli multikultural təfəkkürü yüksək humanist ənənələrə söykənən nadir bəşəri fenomenlərdən biridir. Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının mənəvi keyfiyyətini əks etdirən ali mənəvi dəyəridir ki, ümumdünya mənəvi irs səviyyəsinədək yüksələ bilər. Multikulturalizmin Azərbaycan modeli qədim birgə yaşam tərzi ənənələrinə malikdir. Tarixən doğma torpaqlarımızda çoxsaylı fərqli etnik qruplar sülh, əmin-amanlıq, dostluq və qarşılıqlı hörmət mühitində yaşayıb və bu ənənə davam etməkdədir. 44 günlük Vətən müharibəsi dövründə və hazırda postmüharibə dönəmində Azərbaycanın avtoxton (yerli) əhali ilə allohton (gəlmə) əhalinin münbit multikultural mühitdə birgəyaşamı özünü Azərbaycançılıq ideologiyasının nəzəri aspekti kimi deyil, məhz Vətən uğrunda real konkret fədakarlıq nümunələrində doğrultdu.

Bu fikirlər AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, İMİSCOE Miqrasiya Araşdırmaları Mərkəzinin (Migration Research Hub by İMİSCOE İD 4941 ) eksperti, kulturologiya üzrə fəlsəfə doktoru Yeganə Əliyevanın “Həqiqətin matrisası və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Tarixin müxtəlif dövrlərində torpaqlarımızda məskunlaşan allohton əhalinin (başqa sözlə, müəyyən bir ərazidə sonradan məskunlaşmış etnik qruplar – red.) tarixi vətəni Azərbaycan olmasa da, gəlmə etnoslar yerli əhali ilə qurulan mədəni-mənəvi münasibətlərdə yüksək adaptasiya çevikliyini nümayiş etdirib sülh və əmin-amanlıq şəraitində birgəyaşama üstünlük vermişdilər. Təəssüf ki, nəinki Azərbaycanda, hətta bütün Qafqazda ərazi iddiaları ilə çıxış edən bədniyyətli ermənilər xalqların tolerant birgəyaşayışı və mədəni inteqrasiyasının üstünlüklərindən imtina edib monoetnik yaşam prinsipini seçmişlər. Bu yanlış yolu tutan ermənilər dünya ictimaiyyəti gözü qarşısında humanizmə, insanlığa zidd bir çox bağışlanmaz tarixi cinayət əməllərinə imza atmışlar. Amma haqq-ədalət öz yerini tutdu! Müzəffər Ordumuz Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü bərpa etdi. Vətənimizə qarşı hərbi cinayətlər törətmiş erməni əsillilərin məhkəməsi dünyaya Azərbaycanın ədalət və həqiqət prinsiplərinə sadiqliyini nümayiş etdirdi.

Bu bir gerçəklikdir ki, fədakar tarixçi alimlərimizin “erməni falsifikasiyası”nın ifşa edilməsində çəkdikləri zəhmət haqq-ədalətin bərpa olunması yolunda danılmaz şücaətdir. Bu baxımdan, 2025-ci ilin əvvəllərində “Füyuzat” nəşriyyatında tarix elmləri doktoru Həcər Verdiyevanın rus dilində dərc olunan “На матрице истины: армяне – аллахтоны на Кавказе” (“Həqiqətin matrisası: ermənilər – Qafqazda allohtondurlar”), kitabı dünya ictimaiyyətinə həqiqətləri göstərən fundamental tədqiqat işidir. “Böyük Ermənistan” mifini geniş faktoloji baza əsasında darmadağın edən araşdırma göstərir ki, ermənilər Qafqazda yerli əhali deyil, allohton əhalidir. Arsızlıq xislətinə sadiq qalan ermənilər əsrlər boyu Qafqazda avtoxtonluq iddiasını irəli sürüb. Nəinki Azərbaycan xalqına, digər xalqlara və ümumiyyətlə, insanlığa qarşı məkrli cinayətlərə əl atmış və Həcər Verdiyeva arxiv sənədləri və faktiki materiallar əsasında Birinci Dünya müharibəsi illərində “bədbəxt-aciz” donu altında gizlənən, gözləri qan tutmuş erməni millətçilərinin Orta Şərqdən tutmuş Orta Asiyaya qədər 2 milyon dinc əhalini soyqırımına məruz qoyduğunu göstərib.

Qeyd etmək lazımdır ki, sözügedən kitab müəllifin 2022-2024-cü illərdə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş və “Bakinskiy raboçiy” qəzetinin səhifələrində dərc olunmuş məqalələr məcmusudur. Həmin yazılarda ermənilərin Qafqaz meqaregionuna köçlərinin coğrafi xəritəsi cızılmışdır. Nəşr olunmuş məqalələrdə əsrlər boyu davam edən “sərgərdan ermənilərin” Qafqaza köçü, Balkanlardan Kiçik Asiya – Fəratətrafı xoronim – Qafqaz sxemi üzrə gedişi faktlar əsasında təsdiqini tapmışdır. Cəsarətlə “Qafqazda – ermənilər olmayıb!” qəti qənaətini bəyan edən Həcər Verdiyeva bu fikrinin təsdiqi olaraq ermənilərin Fərat çayı hövzəsində saldıqları qədim şəhərləri və kilsəni, Fəratətrafı məkanda yaratdıqları mərkəzdənqaçma meylli dövləti göstərib.

Həcər Verdiyeva ermənilərin Qafqaz meqaregionunda gəlmə olduqlarını tibbi-anotomik və antropoloji dəlillərlə sübuta yetirib. Faktiki materiallara söykənən müəllif göstərib ki, ermənilərin qeyri-Qafqaz antropoloji tip olduqlarına semit xalqlarına xas immun sisteminin səhvən aşkar bir infeksiya olmadan iltihabla müşahidə edilən “erməni xəstəliyi” adlanan otoinflamatuar xəstəlik işarət edir.

Tarix elmləri doktoru Həcər Verdiyeva ərsəyə gətirdiyi kitabında ermənilərin şəcərəsini izləyərək tarixi saxtakarların uydurduqları “Urartu konsepsiya”sını da ifşa edir. Erməni əfsanələrini izləyən müəllif “Ararat mifi”ndə müasir sivilizasiyamızın ümumbəşəri mədəni simgələrinin mənimsəməsi faktını aşkarlayır. Məlum olur ki, sərgərdan ermənilər Nuhun gəmisinin İncildə vəsf olunan Sararad dağına deyil, Masisə qalxması kimi yalan iddialarla əsrlər boyu Avropa elminə alaq toxumunu səpmişlər. Erməniləri Qafqazaqədərki tarixini araşdıran müəllif erməni saxtakarların dinlər tarixində müqəddəs hesab olunan rəmzələrə əl atmaqdan da çəkinmədiklərini vurğulayıb. Dünya ictimaiyyətinin ağlına gəlməzdi ki, əslində monofizit və qeyri-pravoslav olan erməni kilsəsinin həvari kilsəsi ilə heç bir əlaqəsi olmamış və erməni kilsəsinin adında “Apostol” sözünün əlavəsi feykdən başqa bir nəsnə deyil.

Problemi tədqiq edən Həcər Verdiyeva kilsə tarixini saxtalaşdıran “arqutin yalanı” fonunda Romanovlar Rusiyasında cərəyan edən hadisələri aydın şəkildə tarixi dəlillərlə oxucuya çatdıra bilmiş, erməni-qriqorian kilsəsinin Azərbaycanın maddi-mədəni irsinə əsassız iddiasını göstərib və XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarını zəbt edən Rusiya imperiyasının bölgədə siyasi hakimiyyətini möhkəmləndirmək üçün ermənilərdən alət kimi istifadə etdiyini diqqətə çatdırıb. Məhz XIX əsrin əvvəllərində rus xalqının görkəmli şairi Aleksandr Puşkinin yaradıcılığında yer alan “erməni rəzilliyinin” portreti yağlı boya ilə çəkilir: “Rədd ol.... – Sən çeçen belə deyilsən, sən qoca qarısan... sən qulsan, sən qorxaqsan, sən ermənisən” sətirləri sanki XIX əsrin 90-cı illərində “arqutin yalanı”nın ifşa olunacağına orakul öncəgörməsi kimi səslənmişdir. Puşkin erməniliyin mahiyyətini öncədən görə bilib... Artıq XIX əsrin sonlarında Rusiya ermənilərin yalanlarını ifşa etdikcə onların itaətsizliyi daha da artır, “erməni məsələsi” terror və zorakılıqla müşahidə olunan “erməni sindromuna” çevrilir. Apardığı araşdırmalara söykənən müəllif göstərir ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində erməni millətçiliyi açıq terrora keçir: Rusiya hakimiyyətinə qarşı çıxır, Qafqaz meqaregionunda əhaliyə genosid faciəsini yaşadır.

Geniş oxucu auditoriyasının diqqətinə çatdırmaq istəyirəm ki, işıq üzü görən “На матрице истины: армяне – аллахтоны на Кавказе” kitabının hər fəslində müəllif tərəfindən qaldırılan məsələlər tarixi faktlarla müşahidə olunur. İllər boyu ictimaiyyətdən arxivlərin “dəmir sandıqlarında” gizlədilən “tam məxfi” qrifli sənədlər Həcər Verdiyevanın müəllifi olduğu sətirlərdə həqiqət carçısına çevrilir. Əsərinin sonunda Həcər Verdiyeva qalib xalqın nümayəndəsi kimi “Böyük Ermənistan” ideyasının məhvə məhkum olub farsa çevrildiyini bəyan edir. 44 günlük Vətən müharibəsi dövründə ermənilər döyüş meydanında ədalətin hökmü qarşısında aciz olduğu kimi, mübariz tarixçi qadın-alimimiz Həcər Verdiyevanın 276 səhifəlik kitabının hər sətrində erməni “yalan-mifoloji təfəkkürü” təkzib olur. Həcər Verdiyevanın qələminin həqiqət qüvvəsi qarşısında məğlub olan “erməni yalanı” ifşa edilir.

Qələmə aldığım qeydlərin sonunda xüsusi ilə vurğulayım ki, tarix elmləri doktoru Həcər Verdiyevanın “На матрице истины: армяне – аллахтоны на Кавказе” kitabı yalnız elmi elit dairələr üçün deyil, xalqımızın qan yaddaşını yaşatmaq əzmində olan ölkəmizin hər bir vətəndaşı üçün gərəkli bir mənbə olub, eyni zamanda, Azərbaycanın mədəni-tarixi matrisasını, real tarixi öyrənən geniş spektrli mütəxəssislər üçün peşəkar fəaliyyətlərində gərəkli ola biləcək tədqiqat işidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri