Icma.az
close
up
RU
Həqiqi hərbi xidmətə çağırılanların tibbi yoxlanışında müəmma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz işçilərini himayə edir?

Həqiqi hərbi xidmətə çağırılanların tibbi yoxlanışında müəmma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz işçilərini himayə edir?

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Məlum olduğu kimi, dövlət başçısı tərəfindən 6 sentyabr 2023-cü il tarixdə “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalanmışdır.

Fərmana əsasən, bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni bu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

Yekun tibbi müayinəni Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) hərbi-həkim komissiyalarının tibbi müayinəsinin nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparır.

Bəs Nazirliyin özündə bu sahədə şəffaflıq hansı səviyyədədir? Əldə etdiyimiz məlumata əsasən, nazirlik vətəndaşlara bu sahədə xüsusi tələbkarlıqla yanaşsa da, öz işçilərinə, ələxüsus vəzifəli şəxslərinə olduqca yumşaq standartlar tətbiq edir və onlara münasibətdə bu məsələlərə göz yumur.

Redaksiyamıza daxil olan məlumata görə, bu nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin 6 fevral 1989-cu il təvəllüdlü sədri Elnur Səfərli Novruz oğlu hətta Azərbaycanın vaxtilə işğalda olmuş Cəbrayıl rayonundan olmasına baxmayaraq, hərbi xidmətdə olmamışdır. Onun hərbi xidmətdən yayınması səhhətinin buna imkan verməməsi və hərbi xidmətə yararsızlığı ilə əsaslandırılsa da, bu şəxs nazirlikdə işə qəbul edilərkən tam sağlam və fəaliyyət qabiliyyətli olması ilə bağlı “Forma 86” sağlamlıq haqqında arayış təqdim etmişdir. 

Necə olur ki, vətən qarşısında borcunu yerinə yetirmək, kişi cinsindən olan vətəndaş kimi hərbi xidmətini icra etmək lazım olanda Elnur Səfərlinin sağlamlığı buna imkan vermir, amma vəzifəyə, kresloya, işə və imtiyazlara çatanda bu adam tam sağlam şəxsə çevrilir?! 

Babalarının erməni tapdağı altında qalan məzarlarının, doğulub böyüdüyü yurd-yuvasının, ata ocağının təəssübünü, qeyrətini çəkməyən, hərbi xidmətdən yayınan birisi vəzifə məsuliyyətini necə dərk edə bilər?

Təsadüfi deyildir ki, Milli Observatoriyanın adı mediada qurumun keçmiş sürücüsü yaralı qazi Elmar Şərifovun onun gecə-gündüz vəzifəli şəxslər tərəfindən istismar edilməsi ilə hallanmışdı. Hətta əldə etdiyimiz məlumata görə, Elnur Səfərli həmin qurumda çalışan şəhid Ələkbər Məmmədovun övladını şəxsi qisas zəminində inzibati üsullarla təqib etmişdir. 

İşğalda olmuş rayondan olmasına baxmayaraq, hərbi xidmətdən yayınmış, rəhbərlik etdiyi qurumda yaralı qaziyə və şəhid övladına “qan udduran” Elnur Səfərli Zəfər günü və digər bu kimi bayramlar ərəfəsində hardansa bir şəhid ailəsi tapıb özünü şəkil çəkdirmək üçün ora yetirir. Görünür ki, belələrinə şəhid ailəsi məhz foto çəkdirmək və ucuz reklam üçün lazımdır.

“Vətənpərvərlik” əclafların son sığınacağıdır. 

Əldə etdiyimiz məlumata əsasən, heç bir elmi dərəcəsi, iqtisadiyyat, sosial sahə və məşğulluq sahəsində nəinki təhlil və tədqiqatları, hətta təhsili və mütailəsi belə olmayan Elnur Səfərli heç bir əhəmiyyətli idarəetmə təcrübəsi və qabiliyyəti olmadan həmyerlisi, nazirliyin Aparatının Strateji planlaşdırma və innovasiya şöbəsinin müdir müavini Rəşad Zalovun və həmin şöbənin keçmiş müdiri, hal-hazırda Dövlət Məşğulluq Agentliyinin sədri, eyni regiondan olan Sadiq Əliyevin himayəsi ilə sosial sahədə “Beyin Mərkəzi” funksiyası yerinə yetirməli olan bu quruma rəhbər təyin edilmişdir.

Hurriyyet.az 

P.S. Mövzunu davam etdirəcəyik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Noyabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri