Icma.az
close
up
RU
Hər an həlledici müharibə başlaya bilər Politoloq

Hər an həlledici müharibə başlaya bilər Politoloq

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“Tramp Türkiyə ilə İran arasında şübhə yaratmağa çalışır”

ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında üç ticarət tankerinə qarşı həyata keçirilən hücuma cavab olaraq İrana qarşı genişmiqyaslı hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, iyulun 8-nə keçən gecə həyata keçirilən əməliyyat zamanı İran ərazisində 80-dən çox hədəf yüksək dəqiqlikli silahlarla vurulub.

Bildirilib ki, zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə, komanda-idarəetmə mərkəzlərinə, sahil radar stansiyalarına, gəmi əleyhinə raket komplekslərinə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 600-dən çox sürətli katerinə endirilib. CENTCOM əməliyyatın əsas məqsədinin İranın beynəlxalq dəniz ticarətinə qarşı hücum imkanlarını zəiflətmək olduğunu açıqlayıb. Yeri gəlmişkən, İranın cənubunda yerləşən Buşehr şəhərində və ətraf ərazilərdə bir neçə partlayış səsinin eşidildiyi bildirilib. Məlumatı İranın “Mehr” xəbər agentliyi yayıb. ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonla Tehran arasında atəşkəsin artıq qüvvədə olmadığını bəyan edib. NATO sammiti çərçivəsində jurnalistlərə açıqlama verən Tramp, “Düşünürəm ki, atəşkəs bitib. Onlarla işləmək sadəcə vaxt itkisidir, onlar yalan danışırlar”, - deyə bildirib. ABŞ lideri qeyd edib ki, hər iki tərəfdən vasitəçilər danışıqları davam etdirməyə cəhd göstərə bilərlər, lakin bunun nəticə verəcəyinə inanmadığını vurğulayıb. Beləliklə, Hörmüz boğazında baş verən insidentdən sonra ABŞ və İran arasında gərginlik yenidən hərbi müstəviyə keçərək regionda vəziyyəti daha da mürəkkəbləşdirib.

Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan Sherg.az-a bildirib ki, ABŞ və İran arasında münaqişənin yaxın perspektivdə tam həllini gözləmək sadəlövhlük olardı. Onun sözlərinə görə, tərəflər arasında aparılan danışıqlar və əldə olunan müvəqqəti atəşkəs daha çox müəyyən hazırlıq və siyasi manevrlər üçün yaranmış fasilə xarakteri daşıyırdı.

Tural İrfan qeyd edib ki, Vaşinqton və Tehran arasında dərin geosiyasi ziddiyyətlər, qarşılıqlı etimadsızlıq və regional maraqlar toqquşduğu üçün gərginliyin tam aradan qalxması hələlik real görünmür. Bu baxımdan, son hadisələr tərəflər arasında qarşıdurmanın yeni mərhələyə keçə biləcəyini istisna etmir:

“Əslində münaqişə bu müharibədən sonra daha aktiv fazaya keçib. Hörmüz boğazı problemin ən qaynar nöqtəsidir. Burada bir çox iqtisadi, hərbi, strateji maraqlar rol oynayır. İsrailin ABŞ-ı yeni müharibəyə təşviq etməsi məlumdur, lakin Vaşinqtonun da öz maraqları var. Pakistanın və Türkiyənin cəhdləri, vasitəsilə atəşkəs əldə olunmuşdu. Hazırda Donald Trampın məhz Türkiyədəykən belə bir qərar verməsi, yaxud İranla atəşkəsin bitdiyini elan etməsi əslinə İranda şübhə yaratmaq məqsədi daşıyır. Yəni, belə çıxır ki, sanki Tramp Türkiyə ilə İrana müdaxilə barədə razılığa gəlib və elə oradan da yeni hücumlara start verib. Lakin bu, əsasən təxribata və Türkiyə ilə İranı üz-üzə qoymağa hesablanmış addıma bənzəyir. Türkiyə bir tərəfdən atəşkəsə nail olunmasında rol oynayıb digər tərəfdən də yeni hücumlara razılıq ifadə etməz. Bu görüntünü ABŞ yaratmaqla bölgədə güc balansını dəyişmək istəyir. Ancaq hər bir halda İranla ABŞ arasında savaş bitməyib, atəşkəs, danışıqlar mövsümi xarakter daşıyır”.

Politoloqun fikrincə, bölgədə hər an daha genişmiqyaslı və həlledici bir müharibənin yenidən alovlanması ehtimalı qalır:

“Hər an yeni və daha həlledici müharibə qızışa bilər. Hətta İranda da atəşkəsi pozmaq istəyən qüvvələr var. Prezident Pezeşkiyana qarşı aksiyalar edirlər, onu ABŞ ilə razılaşmaya görə xəyanətdə ittiham edirlər. Ola bilsin İranın keçmiş liderinin dəfnindən və vida mərasimlərindən dərhal sonra yeni toqquşmalar başlasın. Danışıqlarda demək olar ki, güzəştlər və köklü razılıqlar ortada yoxdur. Detallarda müəyyən anlaşma hiss olunur ki, onların da icrası müəmmalıdır. İran geri çəkilmir. Tərəflərin hər biri özünü qalib elan edib. Razılıq o zaman reallaşa bilər ki, tərəflərdən biri ya geri çəkilsin ya da müəyyən kompromislərə getsin. Amma bunların heç biri müşahidə olunmur. Sadəcə vasitəçilərin ciddi cəhdi nəticəsində müəyyən fasilə əldə olunub. Hətta ABŞ mətbuatında Donald Trampın İranın hakimiyyətini daha sağlamlaşdırıb gəncləşdirdiyi yazılır və onun siyasəti təndiq olunur. Ona görə Tramp seçkiyə qədər İran məsələsini həll etməyə çalışacaq. İrana qarşı yeni müharibəyə başlanılsa, Türkiyənin müdaxilə edib etməyəcəyini tam dəqiqləşdirmək istəyir. Hətta Türkiyədə o bildirib ki, bu müharibədə Türkiyə müdaxilə edə bilərdi, amma etmədi. Bu mövzunu dilə gətirməsi demək o məsələ ətrafında narahatlığın olduğundan xəbər verir. Hər halda Türkiyəyə qarşı son dövrdə baş verən təziqlər, Yunanıstan və İsrailin bu ölkəyə qarşı müəyyən tənqidi istiqamət alması İran məsələsində onu neytrallaşdırmağa hesablanıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 İyul 2026 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri