Icma.az
close
up
RU
Hər bir azərbaycanlı ilk növbədə öz ana dilini mükəmməl bilməlidir Deputat

Hər bir azərbaycanlı ilk növbədə öz ana dilini mükəmməl bilməlidir Deputat

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Azərbaycan dili milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin əsas sütunudur. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirib. Onun sözlərinə görə, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi, müstəqillik illərində isə bu istiqamətdə qəbul olunan qanunlar və fərmanlar ana dilimizin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edib.

“Ulu Öndər ana dilini xalqın milli varlığının əsas rəmzi kimi qiymətləndirirdi. Onun təşəbbüsü ilə həyata keçirilən dil siyasəti bu gün də dövlətimizin əsas prioritetlərindən biridir”, – deyə millət vəkili vurğulayıb.

Vüqar Rəhimzadənin sözlərinə görə, Prezident İlham Əliyev də Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində ardıcıl addımlar atır. O qeyd edib ki, dövlət başçısının təsdiq etdiyi Dövlət Proqramı, Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi, dövlət dilinin saflığının qorunması və dil normalarına əməl olunması ilə bağlı imzaladığı sənədlər bu siyasətin uğurla davam etdirildiyini göstərir.

Deputat hesab edir ki, qloballaşma şəraitində Azərbaycan dilinin saflığının qorunması xüsusi əhəmiyyət kəsb edir:

“Xarici dilləri öyrənmək vacibdir. Ancaq hər bir azərbaycanlı ilk növbədə öz ana dilini mükəmməl bilməli, ona hörmətlə yanaşmalı və gələcək nəsillərə olduğu kimi çatdırmalıdır. Dilimizi qorumaq təkcə dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir”.

Millət vəkili əlavə edib ki, ana dili bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid milli-mənəvi dəyərlər ətrafında birləşdirən ən mühüm amillərdən biridir. Onun fikrincə, Azərbaycan dilinin inkişafı, zənginləşdirilməsi və gündəlik həyatda düzgün istifadəsi milli həmrəyliyin və dövlətçiliyin daha da möhkəmlənməsinə xidmət edir.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 İyul 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri