Icma.az
close
up
RU
Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Artıq 35 ildən çoxdur ki, Azərbaycan müstəqillik yolu ilə inamla irəliləyərək yeni-yeni nailiyyətlər qazanır. Hazırda müstəqil Azərbaycan bütün dünyada ləyaqətli, milli maraqlarını qətiyyətlə qoruyan, böyük hörmətə malik bir dövlət kimi tanınır. Üçrəngli bayrağımız ən mötəbər beynəlxalq təşkilatlarda, BMT-də əzəmətlə dalğalanır.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, xalqımız müstəqillik uğrunda çətin, keşməkeşli və şərəfli yol keçib:

“1988-ci il noyabrın 17-də müstəqillik tariximizin önəmli bir səhifəsi yazılıb. 1988-ci ilin noyabrında Şuşanın Topxana meşəsində ağacların kəsilməsi və ərazidə tikinti işlərinin aparılması ilə bağlı yayılan məlumatlar Azərbaycanda böyük narazılıq doğurdu. Qarabağda baş verən hadisələrə, milli maraqlara etinasız münasibətə və yaranmış gərginliyə etiraz edən yüz minlərlə insan Bakının əsas meydanına toplaşdı. Noyabrın 17-də başlayan mitinqlər qısa müddətdə geniş xalq hərəkatına çevrildi. Meydanı dolduran insanların tələbləri yalnız konkret hadisəyə etirazla məhdudlaşmırdı. Burada Azərbaycanın ərazi bütövlüyünün qorunması, milli hüquqların müdafiəsi, xalqın iradəsinə hörmət edilməsi və ölkənin gələcəyinə dair qərarların xalqın maraqları əsasında qəbul olunması kimi məsələlər əsas tələblər sırasında yer alırdı. Meydanda müxtəlif sosial təbəqələrin nümayəndələri bir araya gəlir, öz mövqelərini bildirir, milli həmrəylik və azadlıq ideyalarını ifadə edirdilər. Beləliklə, Həmin gün indiki Azadlıq meydanında keçrilən izdihamlı mitinq müstəqillik uğrunda mübarizənin başlanğıcı olub. Bu mübarizə 1991-ci ildə Azərbaycanın XX yüzillikdə ikinci dəfə müstəqilliyini bəyan etməsi ilə nəticələnib. Hər il ölkəmizdə 17 Noyabr - Milli Dirçəliş Günü böyük təntənə və qürur hissi ilə qeyd olunur”.

Millət vəkilinin sözlərinə görə, müstəqillik çox şirin nemət olmaqla yanaşı, onu əldə etməyin və uzun müddət yaşatmağın şərtləri də bir o qədər çətindir:

“Burada ideoloji və iqtisadi əsaslar mühüm rola malikdir. Bu şərtlər təmin edilmədən hansısa bir xalqın, ölkənin real müstəqilliyindən bəhs etmək mümkün deyil. Bu halda müstəqillik formal səciyyə daşıyır. Bunu ayrı-ayrı ölkələrin təcrübəsi də təsdiqləyir. İqtisadiyyatını inkişaf etdirmək qüdrətində olmayan dövlətlər çox qısa bir müddətdə forposta çevrilir, beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşür və müstəqil siyasi qərarlar qəbul edə bilmirlər. Azərbaycanın müstəqilliyi isə real səciyyə daşıyır. Ölkəmizin müstəqilliyi üçün zəruri olan fundamental əsasları xalqımızın müdrik oğlu, böyük siyasətçi Heydər Əliyev yaradıb. Onun respublikamıza rəhbərliyi iki fərqli ideoloji formasiyaya təsadüf edir. Onlardan biri sərt qadağaların, milli məhdudiyyətlərin hökm sürdüyü keçmiş sovet dönəmi, digəri isə müstəqilliyimizin ilk illəridir. Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi onda idi ki, O, hər iki dönəmdə Azərbaycanın müstəqilliyi naminə böyük işlər görməyi bacarıb”.

“1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız öz dövlət müstəqilliyini bərpa etdi. Bu tarixi qərar uzun illər davam edən azadlıq mübarizəsinin, milli həmrəyliyin və dövlətçilik arzularının hüquqi-siyasi ifadəsi idi” – deyən Samir Vəliyev əlavə edib ki, müstəqilliyin bərpası Azərbaycanın qarşısında yeni imkanlarla yanaşı, ciddi sınaqlar da yaratdı:

“Ölkə mürəkkəb siyasi proseslər, iqtisadi çətinliklər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və daxili sabitliyin pozulması kimi problemlərlə üzləşdi. Belə şəraitdə dövlət müstəqilliyinin qorunub saxlanılması, milli birliyin möhkəmləndirilməsi və güclü dövlət quruculuğunun təmin edilməsi əsas vəzifələrə çevrildi. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkənin gələcək inkişafında mühüm mərhələ oldu. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu dövrdə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsi Azərbaycanın strateji məqsədlərindən birinə çevrildi”.

“Azərbaycanın müasir tarixində ərazi bütövlüyünün və suverenliyin bərpası xüsusi yer tutur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin bərpa olunması milli tariximizin şanlı səhifələrini təşkil edir. Bu gün Azərbaycan qalib dövlət kimi beynəlxalq müstəvidə yüksək nüfuza sahibdir. Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!” – deyə deputat vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Noyabr 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri