Icma.az
close
up
RU
Hər bir çağırış sülhün, təhlükəsizliyin təmin edilməsinə yönəlib

Hər bir çağırış sülhün, təhlükəsizliyin təmin edilməsinə yönəlib

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Martın 13-dən 15-dək davam edən XII Qlobal Bakı Forumunun nəticələri bu gün geniş müzakirə edilməkdədir. Qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilən Qlobal Bakı Forumunun bu günədək gündəmə gətirdiyi mövzulara diqqət yetirdikdə bir daha bu reallıq öz təsdiqini tapır ki, dünya gündəliyinin aktual məsələlərinin müzakirəsi üçün Azərbaycan ideal məkan kimi qəbul olunur. Təbii ki, bu mühüm qərarın qəbul olunmasında dövlətimizin uğurlu siyasəti və onun yaratdığı reallıqlar əhəmiyyətli rol oynayır.

Ötən il XI Qlobal Bakı Forumunun mövzusu “Parçalanmış dünyanın bərpası” idisə, builki Forum “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu ətrafında müzakirələr apardı. Müzakirələr əsasında dünya güclərinin ikili standartlara əsaslanan siyasətlərinin hansı problemlərə yol açdığı da açıqlandı, çağırışlar səsləndirildi. Dövlət başçısı İlham Əliyev çıxışında diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək bildirdi ki, mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi. BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. Burada mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz. Bu gün bunu görürük. Görürük ki, Avropa, Avropa İttifaqı güclü hərbi potensial qurmaq üçün bu gün öz siyasətini necə dəyişməyə çalışır. Görürük ki, digər ölkələr öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına yönəldir: “Bunu ən azı 20 ilə etdik, 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılığa, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bu gün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir. Eyni zamanda, əlbəttə, artıq qeyd etdiyim kimi, yaddaşımız yaxşıdır. Hamımız xatırlayırıq ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın cari hökuməti özünü necə aparırdı. Hamımız “Qarabağ Ermənistandır” söyləyən Ermənistan rəhbərinin bəyanatlarını xatırlayırıq. Bu, Xankəndidə deyilmişdir. Hamımız işğal olunmuş Şuşa şəhərində onun davranışını xatırlayırıq”.

Cənab İlham Əliyev qeyd etdi ki, bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində ermənilər şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu: “Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş “İsgəndər M” raketinə görə itirdik. Hələ də suala cavab almamışıq: Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib? Çünki Rusiyada bu raketin ixracı yasaqdır. İnanmayanlar isə, - buradan cəmi 5-10 dəqiqəlik yoldur, - getsinlər Hərbi Qənimətlər Parkına və Şuşada tapdığımız “İsgəndər M” raketini görsünlər”.
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı dövrün tələblərinə uyğun çağırışlarla, dünyaya mesajları ilə zəngin olur. Azərbaycan 30 il dünya güclərindən ədalət gözlədi. İşğala məruz qalan Azərbaycan olduğu halda, işğalçı Ermənistana verilən dəstəklər onu daha böyük iddialarla yaşamasını şərtləndirdi. Azərbaycan ən yüksək tribunalardan ikili standartların yolverilməz olduğunu bəyan etdi. O da bildirildi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, onların vahid mexanizm əsasında tətbiqi vaciblir. Lakin 30 illik işğal dövründə, eyni zamanda, postmünaqişə mərhələsində görünən budur ki, əksər dünya gücləri regionda sülhün və təhlükəsizliyin təmin olunmasında marqlı deyillər, Ermənistana dəstəkləri ilə vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Bu dəstək sonda Ermənistanın yeni ərazilər uğrunda müharibə planları hazırlamasına və 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu.
Forumda yeni dünya nizamının formalaşması ilə bağlı geniş müzakirələr aparıldı. Bununla bağlı çağırışlar dövlət başçısı İlham Əliyevin Forum zamanı “Euronews” televiziyasına müsahibəsində də xüsusi yer tutdu. Bildirdi ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.
Azərbaycanın regionda və dünya siyasətində artan rolu göz qabağındadır. Hər bir məsələnin həllində ölkəmizin mövqeyinə xüsusi önəm verilir. Bu da Azərbaycanın hər zaman ədalətin və beynəlxalq hüququn yanında olmasından irəli gəlir.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri