Icma.az
close
up
RU
Yeni dəyişikliklər vətəndaşların əmək hüquqlarının təmin edilməsinə yönəlib

Yeni dəyişikliklər vətəndaşların əmək hüquqlarının təmin edilməsinə yönəlib

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


“Azərbaycanda vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər dövlət tərəfindən işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı və inklüziv məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilib”.
Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclasında “Əmək Məcəlləsində və digər 17 Qanunda dəyişiklik edilməsi barədə” Qanun layihəsinin müzakirəsi zamanı belə deyib.
Bildirib ki, qeyd olunan hədəflərə nail olmaq üçün ölkədə əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir:
“Konstitusiyanın bir sıra maddələrində (məsələn, maddə 35. Əmək hüququ, maddə 37. Istirahət hüququ və s.) vətəndaşların baza əmək hüquqları müəyyən edildiyi üçün Azərbaycan Respublikasının Konstitusiyasının əmək qanunvericiliyi sisteminin tərkib hissəsi kimi qəbul edilməsi də vacib amillərdəndir. Bu xüsusda, ölkəmizdə iqtisadiyyatın rəqabətə davamlılığı artdıqca əmək münasibətlərinin də təkmilləşərək yeni iqtisadi mühitə və münasibətlərə uyğunlaşmasına, əmək normalarının beynəlxalq əmək normaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, elektron sistemlərin tətbiqi ilə əlaqədar yeni qaydaların müəyyən edilməsinə, eləcə də ötən dövr ərzində əmək qanunvericiliyində aşkar edilmiş boşluqların aradan qaldırılmasına zərurət yaranır”.
Deputat bildirib ki, kəmiyyət baxımından əmək qanunvericiliyi sahəsində son illərin ən geniş spektrli dəyişikliklərini ehtiva edən bu sənəddə nəzərdə tutulan yeni normalar mütərəqqi müddəalarla zəngindir. Belə ki, Əmək Məcəlləsinin 125-ci maddəsi Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 1004-IIIQ nömrəli Qanunu ilə qoşulduğu “Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında" 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında" 183 nömrəli Konvensiyasının 4-cü maddəsinin 5-ci bəndinə əsasən “Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşaqədərki hissəsi doğuş gözlənilən vaxtdan uşağın faktiki doğulduğu tarixədək ötən günlər qədər uzadılır və bu halda doğuşdan sonrakı mütləq məzuniyyətin heç bir hissəsi azaldılmır”.
“Bilavasitə Konvensiyada nəzərdə tutulan bu norma hamiləliyə və doğuşa görə məzuniyyətin ümumi müddətinə təsir edir və Konvensiyaya uyğunluğu təmin etmək məqsədilə bu normanın bilavasitə Əmək Məcəlləsində öz əksini tapması zəruridir” deyən deputat bildirib ki, bu məqsədlə Əmək Məcəlləsinin 125-ci maddəsinə yeni 3-cü hissə əlavə edilməsi və əlavə olaraq uzadılan günlərin ödənişli olmasının nəzərə alınması obyektiv və humanist yanaşmanın göstəricisi kimi dəyərləndirilməlidir".
K.Nurullayeva həmçinin Gender bərabərliyinin təmin edilməsi məqsədilə bu maddəyə 4-cü hissənin əlavə edilməsi və bununla bağlı Əmək Məcəlləsinin 130-cu maddəsinin b) bəndinin çıxarılmasına dair təklifə də toxunub. Xatırladıb ki, “gender bərabərliyi ilə bağlı əmək qanunvericiliyində son islahatlar nəticəsində Dünya Bankının Qadın, Biznes və Hüquq 2024-cü il nəşrindəki hesabat-reytinqdə Azərbaycan Respublikasını indeksi 78.8-dən təqribən 7 faiz artaraq 85-ə yüksəlib. Bununla yanaşı sözügedən nəşrə əsasən “Valideynlik” indikatorunu yaxşılaşdırmaq üçün atalara ödənişli məzuniyyət verilməsi üzrə qanunvericiliyin nəzərdən keçirməsi qeyd olunur. Təqdirəlayiq haldır ki, məhz bu məzuniyyət növünün Məcəllədə təsbit olunması nəzərdə tutulur.
Bu baxımdan deputat hesab edir ki, “Gender bərabərliyinin təmin edilməsi məqsədilə uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsinin nəzərdə tutulması ilə bağlı 125-ci maddənin 4-cü hissəsində yeni normanın müəyyən edilməsi mühüm və müsbət dəyişiklik sayılmalıdır. Bütövlükdə Qanun layihəsində nəzərə tutulan dəyişikliklər mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyır, habelə, əmək münasibətlərində sosialyönümlü hüquqi tənzimləmələrin tətbiqini, müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə gətirilməsini təsbit edir”.
Ruhiyyə Mehdiyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Dekabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see163

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see137

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri