Icma.az
close
up
RU
“Hər çəkdiyi əl işində uşaq sadəlövhlüyü ilə yanaşı, dərin bir düşüncə gizlənir” Ayşənin sənət dünyası

“Hər çəkdiyi əl işində uşaq sadəlövhlüyü ilə yanaşı, dərin bir düşüncə gizlənir” Ayşənin sənət dünyası

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Samux, 17 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

“Rəsm çəkmək yaradıcılıq bacarığımı, təsəvvür gücümü, diqqətimi artırır, yaddaşımı gücləndirir, dünyaya baxışımı daha rəngarəng və maraqlı edir. Bu məşğuliyyət özümü ifadə etmək imkanı, ətrafımdakı dünyanı öyrənməyin ən gözəl yollarından biridir”. Bu sözlər 13 yaşlı istedad Ayşən Məmmədliyə aiddir.

AZƏRTAC-ın bölgə müxbiri Ayşə ilə görüşüb, onun rəngarəng yaradıcılıq dünyası ilə yaxından tanış olaraq, gənc rəssamın istedadına şahidlik edib.

Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin VII sinif şagirdi olan Ayşən Məmmədli dərslərini yaxşı oxumaqla yanaşı, rəssamlığa da böyük maraq göstərir. İstedadlı məktəbli orta təhsil müəssisəsinin “Bacarıqlı əllər” dərnəyinin sevimli üzvüdür. “Rəsm çəkməyə uşaq yaşlarımdan başlamışam. Məni buna ən böyük dəstəkçim olan atam həvəsləndirib. Dərnəklərə qatılmışam. Məktəbimizdəki “Bacarıqlı əllər” dərnəyində öyrəndiklərim istedadımı üzə çıxarmağıma səbəb olub. Bu il əl işlərimlə Uşaq İncəsənət Festivalında finala qədər irəliləmişəm. Bu, məni rəsm bacarığımı daha da inkişaf etdirmək, müsabiqələrə qatılıb, uğur qazanmaq üçün daha da həvəsləndirir”, - deyən Ayşən onu da bildirir ki, rəsm çəkmək onda özünə inamı gücləndirir.

O, fərqli rəngkarlıq texnikalarını mənimsəməklə yanaşı, rəngləri duymaq hissini və bənzərsiz fantaziyasını birləşdirərək gələcəyin tanınmış rəssamlarından biri olmağı qarşısına məqsəd qoyub. Qələmi, fırçanı əlinə alanda fərqli bir dünyaya düşdüyünü deyir: “Quaş, akvarel, yağlı boya ilə işləyirəm. Kətan, vatman kağızı üzərində portret, mənzərə, məişət, natürmort janrında əl işləri yaradıram. Vətənimiz Azərbaycanı çox sevirəm. Düşünürəm ki, biz uşaqlar Vətənimizə bağlı olmalıyıq. Ona görə də rəsmlərimdə milli dəyərlərimizi daha çox göstərməyə çalışıram. Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərimiz məni çox ilhamlandırır. Azad edilən torpaqlarımızda olmaq, daha çox Zəfərimizə aid şəkillər çəkmək istəyirəm”, - deyə Ayşən qeyd edir.

İstedadlı qızın müəllimi Nərmin Ələsgərova şagirdinin bacarıqlı olması ilə yanaşı, onun özünə tələbkar yanaşdığını da deyir: “Ayşən üzərində çox çalışır, öyrədilənləri tez qavrayır, daim yeni biliklər qazanmağa səy göstərir. Vətənpərvər ruhda böyüyür. Bu, əl işlərində də hiss edilir. Milli üsluba üstünlük verir. Hər çəkdiyi əl işində uşaq sadəlövhlüyü ilə yanaşı, dərin bir düşüncə gizlənir. Rənglər onun əlində sanki canlanır. Samux rayonunu Uşaq İncəsənət Festivalında da layiqincə təmsil etdi. Bacarığı və iradəsi, əzmkarlığı ilə alqışa layiqdir, onunla fəxr edirəm”.

Müəllimi onun rəsmlərindəki fərqli baxışı xüsusi qeyd edir, ailəsi isə istedadlı qızın məktəbi əla qiymətlərlə bitirib, rəssamlıq sahəsində ali təhsilə yiyələnmək arzusunu dəstəkləyir. Ayşən Məmmədli ona bəslənən ümidləri doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyini söyləyir.

-1 / 9

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri