Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Hər ağacın kölgəsində bir gələcək gizlənir

Hər ağacın kölgəsində bir gələcək gizlənir

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzən böyük problemlərin ən sarsıdıcı tərəfi onların göz önündə baş verməsinə baxmayaraq, çoxlarının bunu adi hal kimi qəbul etməsidir.

Bu gün həm qlobal, həm də lokal müstəvidə qarşılaşdığımız ekoloji təhlükələr də məhz belədir: hamının gördüyü, lakin çox az adamın məsuliyyət daşıdığı bir böhran. Havadan suya, torpaqdan biosferə qədər bütöv bir planet yardım istəyir, amma insanlıq çox vaxt bu çağırışı eşitmir.

Əslində ekologiya probleminin kökündə yalnız təbiətin korlanması yox, həm də ekoloji düşüncənin yoxluğu dayanır. Çünki ətraf mühiti qorumaq - sadəcə ağac əkmək, tullantı toplamaq və ya suya qənaət etmək deyil. Bu, düşüncə tərzidir. Gündəlik həyatımızda verdiyimiz qərarların uzunmüddətli nəticələrini anlaya bilmək bacarığıdır.

Bu gün Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələri iqlim dəyişikliyi ilə üz-üzədir. Yağışların miqdarının dəyişməsi, yaz və qışın balanssız keçməsi, quraqlığın artması, kənd təsərrüfatının məhsuldarlığının enməsi - bütün bunlar ekologiyanın yalnız “elmi məsələ” olmadığını göstərir. Bu, həm iqtisadi, həm sosial, həm də strateji təhlükəsizlik məsələsidir.

Təbiəti qorumaq bəzilərinin düşündüyü kimi yalnız dövlətin işi deyil. Dövlət qanunları, proqramları və nəzarəti həyata keçirir, amma cəmiyyətin ekologiya savadsızlığı davam edərsə, bu qanunlar kağız üzərində qalır. Məsələn, plastik tullantıların azaldılması çoxlarının düşündüyündən də ağır problemdir. Birdəfəlik qablar və torbalar gündəlik rahatlıq kimi görünür, amma onların parçalanması yüz illərlə davam edir və bu proses zamanı torpaq, su və canlılar zəhərlənir. Hətta insanın qidasına daxil olan mikroplastiklər artıq səhiyyə sistemlərini də narahat edən faktordur.

Bu gün su ehtiyatlarının azalması təkcə quraqlığın nəticəsi deyil. İsrafçılıq, suvarmada qeyri-effektiv yanaşma, sənaye tullantıları və məişət çirklənməsi problemin miqyasını daha da böyüdür. Bir çox ekspertlərin fikrincə, yaxın gələcəkdə müharibələr neft uğrunda yox, su uğrunda gedəcək. Böyük görünə bilər, amma bu artıq bəzi regionlarda start götürmüş həqiqətdir.

Bir vaxtlar “meşəni kəssək də əvəzində yenisini əkərik” kimi yanlış düşüncə tərzi üstünlük təşkil edirdi. Halbuki təbiətdə heç nə mexaniki şəkildə bərpa olunmur. Bir ağacın yetkin vəziyyətə çatıb ekosistemdə rol oynaması üçün onillər lazımdır. Meşə kəsildikdə təkcə ağac yox olurmuş kimi görünür, amma əslində mikroiqlim dəyişir, torpaq eroziyaya məruz qalır, yüzlərlə canlı növünün yaşayış yeri məhv olur, hətta göl və çayların səviyyəsi belə dəyişə bilir.

Şəhərlərdə yaşıl zonaların azalması da bu problemin bir hissəsidir. Betonlaşma təkcə estetik zövqü sarsıtmır, həm də insan sağlamlığına birbaşa zərər vurur. Havanın keyfiyyəti pisləşir, temperatur artır, şəhər “isti ada effekti” yaşayır. Pis havanın nəticəsi isə depressiyadan tutmuş ürək-damar xəstəliklərinə qədər uzanır.

 Ekoloji şüurun formalaşması isə ilk növbədə maarifləndirmədən keçir. Məktəblərdə “əməyə hörmət”, “təmizlik” kimi dərslər olduğu kimi, ekologiya mədəniyyəti də bir həyat fənni kimi tədris olunmalıdır. Uşaqlara təbiəti sevdirmək gələcəyin ən yaxşı investisiyasıdır. Çünki təbiəti sevən onu qorumağı da bacarmalıdır.

Ətraf mühitlə bağlı dünyada yeni tendensiyalar artıq formalaşmağa başlayıb: təkrar istehsal, zərərli qaz emissiyalarının azaldılması, alternativ nəqliyyat vasitələri, suyun ağıllı idarə edilməsi və daha nələr... Bu transformasiya qaçılmazdır. Sual yaranır ki, bəs, bu dəyişimin önündə gedəcəyik, yoxsa arxasında sürünəcəyik?

Bugünkü ekoloji çağırış bizi seçim qarşısında qoyur. Yaxud daha doğru desək: biz seçim etmiriksə, təbiət bizim yerimizə edir. Həm də çox sərt şəkildə. Qasırğalar, quraqlıqlar, xəstəliklər, torpaq itkisi  bunların hər biri təbiətin dilidir. O, bizə xəbərdar edir.

Bu planet evimizdir və bizdən sonra gələn nəsillərin də evi olacaq. Onlara da yaşamağa layiq bir dünya qoymaq istəyiriksə, ekologiya sadəcə müzakirə mövzusu yox, həyat tərzimiz olmalıdır. Çünki dünya bizə miras yox, əmanətdir. Bu əmanətə sahib çıxmaq isə hər birimizin borcudur.

Aydan Hacı 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekalogiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see960

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see421

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see375

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see358

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see284

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see268

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see257

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see221

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see219

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see212

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see210

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see191

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see173

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri