Icma.az
close
up
RU
Soyqırımı qurbanlarının qəbirlərinin Xocalıya qaytarılması GÜNDƏMDƏDİR

Soyqırımı qurbanlarının qəbirlərinin Xocalıya qaytarılması GÜNDƏMDƏDİR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Xocalı soyqırımının ildönümü yaxınlaşır. İnsanlıq tarixinin ən dəhşətli faciələrindən biri olan bu qətliam zamanı 613 Xocalı sakini qətlə yetirilib.

Xocalı artıq işğaldan azad edilib və şəhər öz sahiblərinə qovuşub. Böyük Qayıdış çərçivəsində Xocalının Ballıca kəndinin sakinləri doğma yurdlarına da qayıdıblar.

Lakin işğal dövründə Xocalı sakinlərinin bir çoxu Azərbaycanın müxtəlif bölgələrində dəfn olunub. İndi isə həmin şəhid məzarlarının doğma torpaqlara köçürülməsi məsələsi gündəmdədir.

Modern.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov bildirib ki, Xocalı şəhidlərinin o vaxt əsas dəfn yeri Ağdam olub:

“Ağdam şəhərinin mərkəzində iki yerdə məzarlıq olub. Bu qəbiristanlıqdan biri Ağdamdan Xocalı istiqamətinə çıxış yerində olub. O vaxt  1941-45-ci il müharibəsi ilə əlaqədar kompleks vardı. Onun yanında böyük Şəhidlər xiyabanı salındı. Orada sadəcə Xocalı şəhidləri yox, o zaman Ağdamda şəhid olanların əksəriyyəti dəfn olunmuşdu. Ağdama qarşı təhlükə yaranıb, o tərəfə getmək çətin olanda Ağdam Bərdə arasında Uzundərə adlanan yerdə ikinci Şəhidlər xiyabanı salındı. İndi gələcəkdə dövlət  rəhbərimizin bu məsələ ilə bağlı fikri, eyni zamanda Xocalı əhalisi olaraq bizim elə fikrimiz olsa, artıq o dövlət rəhbərliyi qarşısında qaldırılacaq. Nə məsləhət  olacqsa, o da olacaq. Burada  özfəaliyyətə, özbaşınalığa yer vermək olmaz. 2024-cü ilin fevralın 26-da  cənab Prezident Xocalıda Soyıqırımı memorialının kompleksinin təməlqoyma mərasimini keçirtdi. Gələcəkdə elə bir şey nəzərdə tutulsa, yəqin dövlət səviyyəsində olacaq”. 

Deputat vurğulayıb ki, məzarların köçürülməsi məsələsində rəhbərliyin fikri əsas olacaq:
“Xocalı işğaldan azad edildikdən sonra il ərzində bu günə qədər bir neçə dəfə qalıqları tapılan şəhidlərimizin hamısını Xocalıda dəfn etdik. Xocalı qəbiristanlığında şəhidlər üçün yer ayrıldı, elə ora da şəhidlər xiyabanıdır.  Eyni zamanda Xocalı işğal edildikdən sonra öldürülmüş mülki əhalinin bir neçəsinin dəfni də Xocalı şəhərində oldu. Dediyimiz məsələdə əhalinin istək və arzusu nəzərə alınmalıdır. Eləcə də rəhbərliyin fikri də əsas olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Fevral 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri