Hər evdə istifadə olunur, lakin xərçəngə yol açırmış İki ədəd kifayətdir
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Braziliya qoz-fındığı geniş şəkildə “super qida” kimi tanınır. Məhsul antioksidantlar, B və E vitaminləri, eləcə də kalsium, sink, maqnezium və xüsusilə selenlə zəngindir.
Globalinfo.az xəbər verir ki, bu barədə “MailOnline” nəşri məlumat yayıb. Qeyd olunub ki, selenin uzun müddət xərçəngin qarşısının alınmasında faydalı olduğu hesab edilirdi, lakin son tədqiqatlar bu mikroelementin yüksək dozalarda əks təsir göstərə biləcəyini ortaya qoyur.
Aparılan araşdırmalar gündə hətta iki ədəd Braziliya qoz-fındığının belə müəyyən hallarda xərçəng hüceyrələrinin böyüməsini stimullaşdıra biləcəyini göstərir. Mütəxəssislər bu təsiri məhz selenin yüksək konsentrasiyası ilə əlaqələndirirlər.
Həkimlər daha əvvəl də Braziliya qoz-fındığının tərkibindəki selen səbəbindən onun məhdud miqdarda istehlak edilməsini tövsiyə edirdilər. Bildirilir ki, selenin normadan artıq qəbulu tənəffüs problemləri, böyrək çatışmazlığı və ürək-damar fəsadları riskini artıra bilər.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:396
Bu xəbər 13 Fevral 2026 01:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















