Icma.az
close
up
RU
Hər evdə var, amma bu təsirini çoxları bilmir

Hər evdə var, amma bu təsirini çoxları bilmir

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub.

Milli.Az xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsinin beyin funksiyalarına təsiri öyrənilib.

"Antioxidants" jurnalında dərc olunan tədqiqata 42 orta yaşlı insan cəlb edilib. İştirakçılar üç ay ərzində hər gün 35 qram tomat pastası qəbul ediblər.

Araşdırmanın sonunda aparılan testlərdə iştirakçıların seçici diqqət göstəricilərinin yaxşılaşdığı, yaddaşlarında isə cüzi müsbət dəyişikliklərin olduğu müəyyən edilib.

İştirakçıların bir hissəsində aparılan beyin müayinələri də likopen səviyyəsinin artması ilə beynin müxtəlif nahiyələri arasındakı əlaqələrdə dəyişikliklərin baş verdiyini göstərib.

Qan analizləri zamanı tomat pastası qəbul edilən dövrdə qanda likopenin miqdarının əhəmiyyətli dərəcədə artdığı müəyyən olunub. Beynin inkişafı və fəaliyyətində rol oynayan BDNF zülalında da artım tendensiyası müşahidə edilib.

Mütəxəssislər bildirirlər ki, pomidorun bişirilməsi likopenin orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır. Bu səbəbdən bişmiş pomidor və tomat pastası çiy pomidorla müqayisədə daha əlçatan likopen mənbəyi hesab olunur.

Alimlər nəticələrin ümidverici olduğunu, lakin tomat pastasının beyində yaratdığı dəyişikliklərin uzunmüddətli təsirini müəyyən etmək üçün daha geniş araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:381
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Sentyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri