Icma.az
close
up
RU
Telefon, iş masası, ağır yük Bədənimizə təsirini çoxları bilmir

Telefon, iş masası, ağır yük Bədənimizə təsirini çoxları bilmir

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnsanların bir qismi oturarkən, telefon istifadə edərkən və ya işləyərkən fərqinə varmadan bədənini önə doğru əyir. Bu vəziyyət zamanla adi duruşa çevrilə, bel və boyun nahiyəsində ağrı və narahatlıq yarada bilər.

AZXEBER.COM xəbər verir ki, bel ağrısı dünyada ən geniş yayılmış sağlamlıq problemlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ildə təxminən 619 milyon insan bel ağrısından əziyyət çəkib və bu problemin 2050-ci ilədək 843 milyona çatacağı proqnozlaşdırılır. Bel ağrılarının təxminən 90 faizi konkret bir xəstəlik və ya struktur problemin müəyyən edilə bilmədiyi qeyri-spesifik bel ağrısı hesab olunur.


Bəs insanın beli niyə əyilir?

Mütəxəssislərin diqqət çəkdiyi amillərdən biri uzun müddət hərəkətsiz qalmaq və fiziki aktivliyin az olmasıdır. Günün böyük hissəsini kompüter qarşısında keçirən, uzun müddət oturan və az hərəkət edən insanlarda bel və gövdə əzələlərinin fəaliyyəti də azalır. ÜST aşağı bel ağrısı üçün aşağı fiziki aktivliyi risk faktorlarından biri kimi göstərir.


Telefon qarşısında əyilmək də gündəlik vərdişlərdən biridir.

İnsan telefon ekranına baxarkən başını və çiyinlərini önə gətirə bilər. Bu vəziyyətdə uzun müddət qalmaq boyun, çiyin və kürək əzələlərinə əlavə yük yarada bilər. Xüsusilə gün ərzində saatlarla telefondan istifadə edən şəxslərdə bu vəziyyət təkrarlanan vərdişə çevrilə bilər.

İş masası qarşısında düzgün oturmamaq da problemi artırır.

Masa və stulun bədənə uyğun olmaması, ekranın həddindən artıq aşağıda yerləşməsi və uzun müddət eyni vəziyyətdə qalmaq insanı önə əyilməyə məcbur edə bilər. İş zamanı fiziki gərginliyin və erqonomik problemlərin bel ağrısı ilə əlaqəsi də qeyd olunur.

Ağır əşyaları yanlış qaldırmaq isə başqa riskdir.

Yerdən ağır əşya götürərkən bədəni önə əyərək yükü qaldırmaq bel nahiyəsinə əlavə fiziki gərginlik yarada bilər. ÜST də ağır fiziki iş və yük qaldırma kimi fəaliyyətlərin dayaq-hərəkət sistemi problemləri ilə əlaqəli ola biləcəyini bildirir.

Bəs gündəlik həyatda nəyi dəyişmək olar?

İlk növbədə uzun müddət eyni vəziyyətdə qalmaqdan mümkün qədər uzaq durmaq, gün ərzində fiziki aktivliyi artırmaq və iş masasını bədənə uyğunlaşdırmaq vacibdir. Telefon və kompüterdən istifadə zamanı ekranın çox aşağıda olmamasına, çiyinlərin davamlı şəkildə önə düşməməsinə diqqət etmək olar. Bel ağrısı yarandıqda isə tam hərəkətsizlik həmişə düzgün yanaşma deyil. ÜST qeyri-spesifik bel ağrısının idarə edilməsində fiziki aktivlik və məşqlərin, həmçinin iş zamanı gərginliyin azaldılmasının əhəmiyyətini vurğulayır.

Lakin belin əyilməsi davamlıdırsa, ağrı uzun müddət keçmirsə, ayağa yayılan ağrı, keyimə, qarışqa gəzməsi və ya əzələ zəifliyi kimi əlamətlər yaranırsa, bunu sadəcə "düzgün oturmamaq”la əlaqələndirmək olmaz. Belə hallarda həkim müayinəsi vacibdir. ÜST də bel ağrısının bəzi hallarda sinir kökü ilə bağlı problemlər və digər konkret səbəblərlə əlaqəli ola biləcəyini qeyd edir.

Fəridə Əsədzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Avqust 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri