Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Hər gecə corabını iylədi, ağciyəri çökdü! FOTO

Hər gecə corabını iylədi, ağciyəri çökdü! FOTO

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Bəzi mənbələrə görə, qoxu verən  corablar tualet oturacağından 10–20 dəfə daha çirklidir


Hər gün işdən gələndə corablarını iyləyir, sonra isə çirkli səbətinə atırdı. Gecə qəfil başlayan öskürək tutmaları ilə təcili yardıma aparılan adam, ağciyərlərinin sıradan çıxdığını öyrəndi! Mütəxəssislər bu məsələ ilə bağlı açıqlama verərək qorxuducu həqiqəti ortaya qoydu.


Sherg.az xəbər verir ki, hər şey Çinin cənub-qərbində yerləşən Çonqçinq şəhərində yaşayan bir kişinin hər gecə öskürək tutmaları keçirməsi ilə başladı. Xəstəxanaya aparılan adama həkimlər dərhal müdaxilə etdi. Bronxoskopiya nəticəsində orta yaşlı adamın sağ ağciyərində ciddi infeksiya olduğu müəyyən edildi. Lakin bu, adi infeksiya deyildi. Məlum oldu ki, o, rütubətli yerlərdə çoxalan Aspergillus adlı kif göbələyinin səbəb olduğu Aspergilloz xəstəliyinə yoluxub. Həkimlər xəstəliyin səbəbini araşdırarkən heyrətamiz bir nəticə ilə qarşılaşdılar. Çünki xəstəliyin mənbəyi onun corabları idi. İşdən sonra kirli corablarını iyləyən adamın corabları araşdırıldıqda, həmin göbələk növü ilə eyni olduğu aşkarlandı.


Xəstəxana nümayəndələri verdiyi açıqlamada bildirib:

“Ofisdə işləyən xəstəmiz işdən evə gəldikdən sonra corablarını çirkli səbətinə atmadan öncə iyləyirmiş və bu davranışı vərdiş halına gətirmişdi. Uzun müddət ayaqqabı geyinmək göbələk inkişafı üçün əlverişli – qapalı, isti və rütubətli mühit yaradır. Corablar göbələk üçün ideal çoxalma mühitidir. Göbələkli corablar iyləndikdə, sporlar ağız və burun yolu ilə alt tənəffüs yollarına daxil olur. Əgər immun sistemi zəifdirsə, bu, göbələk sətəlcəmi kimi ciddi xəstəliklərə səbəb ola bilər.”

Aspergillozun simptomları arasında tənəffüs problemləri, qanlı və ya bəlğəmli öskürək, yüksək hərarət, arıqlama və yorğunluq var. Bu xəstəlik sağlam insanlarda nadir hallarda görülür, lakin astma və ya xərçəng kimi immun sistemi zəif olan şəxslər üçün həyati təhlükə yaradır. Ağır hallarda ölümcül ağciyər qanaxmalarına və ya pnevmoniyaya çevrilə bilər. Həmçinin ürək və beyin kimi digər orqanlara da yayılması mümkündür.


Lakin bu hal Çində ilk dəfə baş vermirdi. 2018-ci ildə ölkənin cənub-şərqində yerləşən Canqjou şəhərində yaşayan 37 yaşlı bir kişi də öskürək və sinə ağrısı şikayətləri ilə xəstəxanaya aparılmışdı. Səhiyyə işçiləri ilə söhbətində o, geyindiyi corabların qoxusuna asılılıq yaratdığını demişdi. Onun da ayaqqabısında yaranan sporlar ağciyərində infeksiyaya səbəb olmuşdu.


Podoloq Beste Altınordu bildirib:

“Kirli corablar gün ərzində tərlə islanmış, hava almamış və mikroorqanizmalara açıq tekstil məhsullarıdır. Belə mühitlər göbələklərin və bakteriyaların asanlıqla çoxalması üçün əlverişlidir. Aspergillus kimi göbələk növləri təbiətdə geniş yayılıb və rütubətli, çirkli səthlərdə inkişaf etməyə meyllidir. Bu növ sporlar havada asılı qalaraq fərq edilmədən tənəffüs yolu ilə daxil ola bilər. Bu hadisə şəxsi gigiyena ilə bağlı xırda görünən vərdişlərin belə zamanla ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini göstərir.”

“Gigiyena deyiləndə ağıla ilk gələn yer adətən tualet oturacağı olur. Ancaq mikrobiyoloji araşdırmalar göstərir ki, şəxsi tekstil məhsulları – xüsusilə də gündə boyu geyilən corablar – daha çox bakteri və göbələk daşıya bilər. Corablar tər, istilik və dəridən tökülən qalıqlarla təmasda olur və bu səbəbdən mikroorqanizmlər üçün əlverişli mühit yaradır. Xüsusilə stafilokok, pis qoxuya səbəb olan bakteriyalar və tinea adlı ayaq göbələk növləri bu sahələrdə tez-tez rast gəlinir. Bəzi mənbələrə görə, kirli corablar mikroblar baxımından tualet oturacağından 10–20 dəfə daha çirklidir. Bu yalnız pis qoxu deyil, dəri problemləri və infeksiyalar baxımından da risk yaradır.”

Araşdırmalara əsasən evdə ən çox mikrob daşıyan əşyalar arasında mətbəx süngəri, mobil telefon, diş fırçası qabları, klaviatura və kirli corablar yer alır. Podoloq Altınordu bildirir ki, “Corablar hər gün dəyişdirilməli, yüksək temperaturda yuyulmalı və ayaqlar quru saxlanmalıdır.”

“Aspergillus göbələyi torpaq, yarpaq töküntüləri, rütubətli divarlar, köhnə qida məhsulları və kondisioner filtrlərində yaşayır. Bu göbələk sporları gözlə görünməsə də, havada dolaşa və nəfəs alaraq daxil olur. Gündəlik həyatda sadə tədbirlərlə bu risklər azaldıla bilər: corablar hər gün dəyişdirilməli, ayaqqabılar havalandırılmalı, içlikləri nəm saxlanmamalıdır. Evdəki rütubət nəzarətdə saxlanmalı, tekstil məhsulları tam qurumadan yığılmamalı və köhnə qidalar diqqətlə istifadə olunmalıdır.”


Podoloq Altınordu sağlam corab seçimi ilə bağlı deyir:

“Ən önəmlisi corabın hava keçirməsidir. Pambıq, bambuk və ya gümüş saplardan hazırlanan corablar nəfəs alır və tər udur. Gümüş saplı corablar antibakterial xüsusiyyətləri ilə həm pis qoxunun qarşısını alır, həm də göbələk riskini azaldır. Sintetik və neylon corablar təri saxlayaraq göbələk və qoxuya səbəb olur. Corab ayağı sıxmamalı, tikişsiz və rahat olmalıdır. Ayağa uyğun, nə çox dar, nə də çox geniş olmalıdır. Dar corablar dırnaqlara zərər verə bilər, geniş corablar isə ayaqqabıda sürtünmə və qıcıqlanmaya səbəb olar. Sağlam corab yalnız komfort yox, profilaktika da təmin edir.”

O əlavə edir:

“Corablar dəri ilə birbaşa təmasda olduğundan gündə bir dəfə dəyişdirilməsi yetərlidir. Lakin ayaqda artıq tərləmə varsa, gün ərzində ikinci dəfə dəyişmək faydalıdır. İdmandan sonra, isti havalarda və ya uzun müddət ayaq üstə qalındıqda nəm corablar həm dəri qıcıqlanmasına, həm də göbələk riskinə yol açır. Buna görə də corab dəyişdirmək təkcə rahatlıq üçün deyil, qoruyucu bir vərdiş kimi görülməlidir.”

Turan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri