Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Nicat Kazımov oğluna toy etdi Video

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Nəcibənin toyudur Fotolar

Mərhum Xalq artistinin yaxın qohumu imiş

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Hər görüşdə bir xeyir var: Azərbaycan QHT ləri Türkiyədə ictimai nəzarət təcrübəsini öyrənir

Hər görüşdə bir xeyir var: Azərbaycan QHT ləri Türkiyədə ictimai nəzarət təcrübəsini öyrənir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;


Azərbaycan Qeyri-Hökumət Təşkilatları (QHT) Türkiyəyə səfər edərək Ankara Böyük Şəhər Bələdiyyəsinin ictimai iştirakçılıq və nəzarət təcrübəsi ilə tanış olublar. Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin heyəti Ankara Böyük Şəhər Bələdiyyəsinin ictimai iştirakçılıq və nəzarət sahəsində QHT-lərlə əməkdaşlıq təcrübəsini, ən yaxşı nümunələri öyrəniblər. Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin, "Türkiye Kadın Dernekleri Federasyonu", "Kadının Sosyal Hayatını Araştırma ve İnceleme Derneği" (KASAİD) heyəti Ankara Böyük Şəhər Bələdiyyəsinin (ABB) Sosial media şöbəsinin müdiri Yüksəl İşıkla görüşüblər. "Türkiye Kadın Dernekleri Federasyonu" başqanı Canan Güllü görüşün məqsədi, Azərbaycan QHT-lərinin maraq dairəsində olan və öyrənmək istədikləri məsələlər barədə məlumat verib.


Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı icra olunan “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsindən bəhs edib. O, layihənin məqsədinin Azərbaycanda ictimai iştirakçılıq və ictimai nəzarət təcrübəsinin inkişafına dəstək göstərmək, qabaqcıl beynəlxalq təcrübədən yaxşı nümunələrin tətbiqinə yardım etmək olduğunu qeyd edib. S.Bənənyarlı əlavə edib ki, sözügedən layihə və Ankara səfəri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir: "Məqsədimiz Türkiyədə QHT-lərin ictimai iştirakçılıq təcrübəsini öyrənmək və bu sahədə əməkdaşlığı gücləndirməkdir". 

Yüksəl İşık Ankara Böyük Şəhər Bələdiyyəsinin vətəndaşların qərar qəbuletmə prosesinə cəlb olunması, "Ankara Kent Konseyi"nin (Şəhər Şurası) fəaliyyəti, şəffaflıq və hesabatlılıq, müzakirə, ictimaiyyətlə kommunikasiya mexanizmləri barədə təcrübəsini bölüşüb. O, həmçinin bələdiyyə ilə QHT-lər arasında əməkdaşlığın gücləndirilməsinin şəhər idarəçiliyinə gətirdiyi faydaları vurğulayıb: "Konsey institutu yerli idarəetmədə dialoq, şəbəkələşmə və birgə qərarverməni gücləndirir. AKK-nin nəzdində tematik “Məclislər” (gənclik, qadın, əlillik, ətraf mühit və s.) və çoxsaylı işçi qrupları fəaliyyət göstərir. Bu platformalar vasitəsilə QHT-lər, mütəxəssislər, könüllülər və vətəndaşlar bələdiyyə ilə davamlı ünsiyyətdə olur. Həmçinin, bələdiyyə rəhbərliyi mütəmadi olaraq muxtarlarla görüşlər keçirir, tələbləri birbaşa dinləyir. “Sivil Toplum Buluşmaları” çərçivəsində AKK könüllüsü muxtarlarla geniş müzakirələr aparılıb. Bu görüşlər məhəllə səviyyəsində prioritetlərin toplanması üçün əsas kanaldır. Bələdiyyə həmçinin plan-sənədlərini onlayn açıqlayır ki, bu, maraqlı tərəflərin planlara etiraz və təkliflərini vaxtında təqdim etməsinə imkan verir. Bələdiyyə eyni zamanda strateji planlaşdırma mərhələsində QHT-lərin fəal iştirakını təmin edir. 2025-2029 Strateji Planının hazırlanması zamanı bələdiyyə "tematik fokus qrup" toplantıları və geniş tərəfdaş müzakirələri keçirib. QHT-ləri, akademik dairələri, özəl sektoru və vətəndaşları prosesə cəlb edib. Bu mexanizm illik proqram və büdcə prioritetlərinin müəyyənləşməsində bilavasitə təsir göstərir. Strateji planlaşdırma  dövrlərində tematik məsləhətləşmələr QHT-lərin sosial siyasət, nəqliyyat, ekologiya kimi sahələr üzrə konkret təkliflərini planlaşdırmada nəzərə alınmasında imkan yaradır. ABB-nin 24/7 çağrı və müraciət mərkəzi (153) şikayət, təklif və məlumat sorğularını telefon, mobil tətbiq və veb üzərindən qəbul edir; müraciətlərə baxılma statusunu onlayn izləmək mümkündür". 

Y.İşık qeyd edib ki, ən faydalı alətlərdən biri “Şəffaf Ankara” - açıq məlumat ekosisteminin yaradılmasıdır: "Ankara bələdiyyəsi açıq məlumat platformasını istifadəyə verib. Burada məlumat dəstləri, xəritələr və göstəricilər ictimaiyyətə təqdim olunur, həmçinin idarəetmədə şəffaflıq gücləndirilir. Bələdiyyə tenderləri  (satınalmalar) canlı yayımlayaraq şəffaflığı və ictimai nəzarəti artırır. İclas və elanlar rəsmi sayt və sosial media hesablarından geniş paylaşılır". 

Görüşün sonunda tərəflər Azərbaycan və Türkiyə QHT-ləri arasında əməkdaşlığın genişləndirilməsi, ictimai iştirakçılıq və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində gələcək birgə təşəbbüslərin vacibliyini qeyd ediblər. Ankarada səfərdə olan Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin heyəti "Türkiye Kadın Dernekleri Federasyonu"nda ictimai iştirakçılıq və nəzarət sahəsində ölkəmizin təcrübəsini, nailiyyətlərini təqdim edib. Ankarada yerli QHT-lərlə müzakirələr aparıb. "Türkiye Kadın Dernekleri Federasyonu"nun rəhbəri Canan Güllü azərbaycanlı həmkarlarının səfəri haqqında məlumat verib. Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İB sədri Səadət Bənənyarlı layihə haqqında və müzakirələrdən gözləntilərdən bəhs edib. 


Layihə eksperti, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli "Sherg.az"a açıqlamasında deyib ki, Ankaraya səfərləri "Türkiye Kadın Dernekleri Federasyonu" başqanı, hörmətli Canan Güllü və "Kadının Sosyal Hayatını Araştırma ve İnceleme Derneği" (KASAİD) sədri Fikriyə Tiryaki ilə görüşlə başlayıb: 

"Fikriyə xanım "Osmanlıdan Cumhuriyete - Karukatürlerde KADIN" kitabını hədiyyə etdi. Qeyd olundu ki, bu, KASAİD nəşridir və Türkiyədə qadın haqları uğrunda mübarizə tarixinin səlnamələrindən biridir. Vurğulayım ki, Ankaraya səfər Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin icra etdiyi  “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində keçirilir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Məqsədimiz Türkiyədə QHT-lərin ictimai iştirakçılıq təcrübəsini öyrənmək, əməkdaşlığı gücləndirməkdir". 


Z.İbrahimli “İctimai iştirakçılıq və nəzarət: Azərbaycan təcrübəsi” mövzusunda təqdimatla çıxış etdiyini söyləyib: 

"Təqdimatda ilk olaraq Azərbaycanda vətəndaş cəmiyyəti institutları, QHT-lərin yaranması və inkişafı tarixi diqqətə çatdırıldı. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti, “Nicat” Cəmiyyətinin və digər ictimai, xeyriyyə təşkilatlarının fəaliyyəti barədə məlumat verildi. Birinci Dünya müharibəsində əsir düşmüş və Bakıya gətirilmiş türk əsgərlərinə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin dəstək verməsi, onları himayəyə götürməsi, “Nicat” Cəmiyyətinin dəstəyi ilə Şərqdə ilk, “Leyli Məcnun” operasının səhnələşdirilməsi tarixi örnəklər kimi vurğulandı. Müstəqillik illərində QHT sektorunun inkişafı, dövlət dəstəyi mexanizminin institusional və hüquqi əsasları, QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaranması, son illər aparılan islahatlar haqqında məlumat verildi. Hazırda QHT sektorunun inkişafı, beynəlxalq əlaqələrinin güclənməsi istiqamətində həyata keçirilən miqyaslı fəaliyyətlər və yeniliklərdən söz açıldı. QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan "Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" Forumunun əhəmiyyəti qeyd edildi. Həmçinin, Prezident İlham Əliyevin ictimai nəzarət və iştirakçılığın əhəmiyyəti haqqında çağırışları, bu istiqamətdə Azərbaycanda dövlət siyasəti və formalaşmış təcrübə barədə ətraflı məlumat verildi".


 Z.İbrahimli bildirib ki, İctimai Şura institutu xüsusi maraq doğurub, “İctimai iştirakçılıq haqqında” Qanun ətraflı təhlil edilib: 

"Müsbət nümunələr təqdim edilib və Türkiyə praktikası ilə müqayisəli analiz olunub. Layihə heyəti çoxsaylı sualları cavablandırıblar. Təcrübə səfərlərinin davam etdirilməsi haqqında fikir mübadiləsi aparılıb və təkliflər irəli sürülüb".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Avqust 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see228

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see180

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see174

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see160

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see150

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see150

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see144

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see142

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see141

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see136

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see136

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see136

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see136

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see135

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see134

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see133

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri