“Ağ qaralar”da gözlənilməz ayrılıq “Neftçi”nin ulduzu Braziliyaya gedir?
Icma.az, Apasport portalına istinadən məlumat yayır.
"Neftçi"nin futbolçusu Vensan Abubakar karyerasını Braziliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, kamerunlu hücumçuya Braziliyanın məşhur klublarından olan "Vasko de Qama" maraq göstərir. Braziliya mətbuatının yaydığı məlumata görə, təcrübəli forvard artıq klub rəhbərliyinə təklif olunub.
Abubakarın bu keçidə müsbət yanaşdığı bildirilir.
İddialara görə, transfer baş tutacağı halda bu, “Neftçi” üçün mövsümün ən gözlənilməz ayrılıqlarından biri ola bilər. Hücum xəttində əsas fiqurlardan sayılan Abubakarın gedişi “ağ-qaralar”ın planlarını alt-üst edə bilər.
Qeyd edək ki, Vensan Abubakar cari mövsümdə “Neftçi” forması ilə Premyer Liqada 8 oyunda 3 qol vurub. O, ötən ilin oktyabr ayından Bakı klubunun şərəfini qoruyur.
"Sumqayıt"da ayrılıq "Araz-Naxçıvan"ın baş məşqçisi açıqlandı “Qəbələ” qış toplanışında üç yoxlama oyunu keçirəcək “Qarabağ”ın Türkiyədəki rəqibləri bəlli olub - “NEFTÇİ” ilə qarşılaşacaq “Qarabağ” qış hazırlıqlarına start verib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 05 Yanvar 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















