Icma.az
close
up
RU
LED lampaların istifadəsi genişlənir

LED lampaların istifadəsi genişlənir

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Enerji səmərəliliyi siyasətinə uyğun olaraq Azərbaycanda LED lampaların istifadəsi genişlənir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır.

Qanuna əsasən, 1 yanvar 2026-cı ildən etibarən 60 vatt və yuxarı gücə malik, 1 iyul 2026-cı ildən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur.

Qadağa sənaye istehsalı proseslərində istifadə olunan, eləcə də sənaye avadanlıqlarında işıqlandırmadan başqa texnoloji funksiyalar üçün nəzərdə tutulan közərmə lampalarına şamil edilmir.

Aparılan hesablamalar göstərir ki, LED lampalar közərmə lampaları ilə müqayisədə həm enerji istehlakı, həm də iqtisadi baxımdan əhəmiyyətli üstünlüklərə malikdir. Məsələn, 15 min saat ( 7 il) istismar müddətinə malik 1 ədəd LED lampası 17 ədəd 1 000 saatlıq közərmə lampasını əvəz edir. Eyni işıq axınının təmin olunması üçün 60 Vt gücündə közərmə lampasına qarşılıq cəmi 7 Vt gücündə LED lampası kifayət edir. Nəticədə LED lampasının ümumi işıqlandırma xərci 14,4 AZN təşkil etdiyi halda, közərmə lampalarında bu göstərici 82,2 AZN-ə çatır.

Hesablamalara əsasən, 1 milyon ədəd 60 Vt gücündə közərmə lampasının 1 il ərzində istifadəsi 131,4 milyon kVt·saat elektrik enerjisi istehlakına, bu enerjinin istehsalı üçün isə 29,1 milyon kubmetr təbii qaz sərfinə səbəb olur və nəticədə 63,6 min ton karbon emissiyası yaranır. Eyni sayda LED lampaya keçid zamanı isə elektrik enerjisi istehlakı, yanacaq sərfi və karbon emissiyası 8,6 dəfə azalır. Hazırda mövcud 2,7 milyon məişət abunəçisinin 50 faizinin közərmə lampalarından imtina edərək LED lampalara keçdiyi halda, gündəlik işıqlandırma məqsədilə elektrik enerjisi istehlakı 4,86 milyon kVt·saatdan 567 min kVt·saata enə bilər.

Həmçinin LED lampalar aşağı pulsasiya səviyyəsi (1%) ilə göz sağlamlığı üçün daha təhlükəsiz hesab olunur. Közərmə lampalarında bu göstərici 13 faizdir. Bundan əlavə, LED lampalar civə və digər toksik maddələr ehtiva etmir, az istilik yayır, uzun istismar müddətinə malikdir və gərginlik dalğalanmalarına qarşı daha dayanıqlıdır.

Közərmə lampalarının mərhələli şəkildə dövriyyədən çıxarılması və LED texnologiyalarına keçid ölkəmizdə enerji səmərəliliyinin artırılmasına, istehlakçı xərclərinin azaldılmasına, ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə və dayanıqlı enerji istehlakı mədəniyyətinin formalaşmasına xidmət edir. Odur ki, vətəndaşların və təsərrüfat subyektlərinin enerji səmərəli işıqlandırma həllərinə üstünlük vermələri tövsiyə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Yanvar 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri