Icma.az
close
up
RU
Hər gün 1 kasa qatıq yeyin, 1 stəkan da...

Hər gün 1 kasa qatıq yeyin, 1 stəkan da...

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Tənəffüs yolları infeksiyalarının artdığı bu günlərdə bağırsaq sağlamlığının əhəmiyyəti bir daha vurğulanıb. Mütəxəssislər bu ərəfədə ağartı məhsullarına üstünlük verməyinizi məsləhət görür.

Milli.Az xəbər verir ki, hər gün süfrələrinizə bir kasa qatıq, bir stəkan kefir və ya evdə hazırlanmış ayna əlavə etməklə immunitet sisteminizi gücləndirməlisiniz.

Zəifləmiş immunitet sisteminin ən böyük səbəblərindən biri bağırsaq florasındakı balanssızlıqdır. Sağlamlığımızın mərkəzində tez-tez fərqinə varmadığımız, lakin bədənin bütün tarazlığını idarə edən bir yer var: bağırsaq. Bağırsaqlar yalnız həzmdən məsul deyil. Onlar həm də bədənin ikinci beyni və immun sisteminin təməl daşlarından biridir. Elmi araşdırmalar göstərir ki, immun hüceyrələrinin təxminən 70 faizi bağırsaqlarda yerləşir. Buna görə də, güclü bir immunitet sistemi istəyiriksə, əvvəlcə bağırsaq floramızı tarazlaşdırmalıyıq. Balanssız qidalanma, stress, qeyri-kafi yuxu, emal olunmuş qidalar və antibiotik istifadəsi bağırsaq floramızı asanlıqla poza bilər.

Alma, nar, heyva, balqabaq, brokoli, gül kələm və ispanaq kimi qidaların həm vitaminlər, həm də antioksidanlarla zəngin olduğunu deyən mütəxəssislər bu qidaları tez-tez tükətməyinizi məsləhət görür. Mövsümi qidalanma yalnız ənənəvi bir vərdiş deyil. Meyvə və tərəvəzlər, xüsusən də C vitamini ilə zəngin olanlar immuniteti dəstəkləyir, liflə zəngin olanlar isə həzmi tənzimləyir. Buna görə də, təzə meyvə şirələri əvəzinə meyvələri sellülozları ilə yeməliyik.

Qoz, badam və fındıq kimi çərəzlər tərkibindəki sağlam yağlar sayəsində ürək və beyin sağlamlığını qoruyur. Həmçinin, tərkibindəki zülal, yağ və lif qarışığı ilə uzunmüddətli toxluq hissi verir.

Payızda gün işığının azalması D vitamini çatışmazlığını da gətirir. D vitamini çatışmazlığı bədənin infeksiyalara qarşı müqavimətini azaldır və xroniki yorğunluq və depressiya riskini artırır. Lazım olduqda həkim nəzarəti altında əlavələr qəbul etmək bu dövrdə faydalı ola bilər.

İmmunitetimizi gücləndirmək üçün bahalı əlavələrin və mürəkkəb pəhrizlər vacib deyil. Turşu, qatıq, kefir və boza kimi fermentləşdirilmiş məhsullar bağırsaq florasına dost olan probiotik bakteriyalarla zəngindir. Bu bakteriyalar həzmi asanlaşdırır, toksinləri azaldır və bədənin immunitet sistemini gücləndirir. Hər gün bir kasa qatıq, bir stəkan kefir və ya bir neçə qaşıq evdə hazırlanmış turşu istehlak etmək, xüsusən də payız və qış aylarında böyük fərq yaradır.

Probiotiklərin bağırsaqlardakı funksiyalarını qoruması üçün: Soğan, sarımsaq, banan, yulaf, tam taxıl, ənginar və qulançar kimi prebiotiklərlə zəngin qidalara ehtiyac duyurlar. Bağırsaq sağlamlığı üçün gündəlik kifayət qədər lif qəbul etmək həm immunitetin, həm də ümumi metabolik tarazlığın qorunmasında əsas rol oynayır. Noxud, mərcimək və lobya kimi paxlalılar həm bitki zülalı, həm də liflə zəngindir. /Axşam.az

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:296
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Yanvar 2026 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri