Hər gün corablarını qoxulayırdı ağciyərlərində göbələk yarandı
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Çində yaşayan 37 yaşlı bir kişi işdən evə qayıtdıqdan sonra çirkli corablarını qoxulamağı vərdiş halına gətirib.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bir müddət sonra onda sinə ağrısı və güclü öskürək şikayətləri yaranıb və o, xəstəxanaya müraciət edib.
Aparılan müayinələr zamanı kişinin ağciyərlərində göbələk infeksiyası aşkarlanıb. Həkimlər infeksiyaya səbəb olan göbələk növünün adətən ayaqlarda, corablarda və ayaqqabılarda rast gəlinən göbələklərlə eyni olduğunu bildiriblər.
Xəstənin hər gün çirkli corablarını qoxuladığını deməsindən sonra həkimlər infeksiyanın bu vərdişlə əlaqəli ola biləcəyini qiymətləndiriblər. Mütəxəssislər həmçinin güclü stress və yorğunluğun immun sistemini zəiflədərək infeksiya riskini artıra biləcəyini qeyd ediblər.
Hadisə yerli mediada geniş əks-səda doğurub. Mütəxəssislər isə çirkli geyimlərin və ayaqqabıların uzun müddət tənəffüs yolu ilə nəfəsə çəkilməsinin sağlamlıq üçün riskli ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 18 İyun 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















