Trampın gözaltı etdiyi parkı su basdı Hakimi günahlandırdı Video
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin paytaxtı Vaşinqtonda ötən gün yağan güclü yağışlardan sonra Şərqi Potomak Parkını su basıb. Daşqın nəticəsində ərazi su altında qalıb və istifadəyə yararsız hala düşüb.
“Qafqazinfo” adisə ABŞ Prezidenti Donald Trampın sərt reaksiyasına səbəb olub.
Belə ki, Tramp bu ərazidə iri qolf meydançası tikməyi planlaşdırsa da, layihə məhkəmə qərarı ilə dayandırılıb.
Sosial media hesabında paylaşım edən ABŞ lideri su basmış ərazini “zibil adası” adlandıraraq layihəyə qarşı çıxan hakimi günahlandırıb: “Tanrı böyük bir qolf meydançasının tikintisinin qarşısını almaq üçün siyasi cəhətdən əlindən gələn hər şeyi edən bir hakimlə yaşadığımız problemləri izləyir”.
Parkın artıq təhlükəli vəziyyətə düşdüyünü bildirən Tramp hakimdən tikintiyə dərhal icazə verməsini tələb edib. O, layihə başa çatdıqdan sonra hakimin də nəticədən qürur duyacağını bildirib və belə “gülünc və mənasız iş”ə görə Apelyasiya Məhkəməsinə müraciət etməyin “ayıb” olduğunu vurğulayıb.
Xatırladaq ki, ötən ay ABŞ ştat hakimi Ana Reyes Tramp administrasiyasının Şərqi Potomak qolf meydançasını genişləndirmək məqsədilə apardığı ağackəsmə işlərini dayandırıb. Hakim işlərin “adi təmir” olması barədə administrasiyanın arqumentlərini rədd edərək prosesin “pis niyyətlə” aparıldığı qənaətinə gəlib. Trampın vəkilləri isə qərardan ABŞ Apelyasiya Məhkəməsinə şikayət veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 28 Noyabr 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















