Hər gün duş qəbul edənlərin nəzərinə Qışda buna diqqət edin!
Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyəli mütəxəssis Dr. Əli İhsan Güleç qış aylarında dərinin sağlam və nəmli qalması üçün bəzi məsləhətlər verib.
Medicina.az xəbər verir ki, ilıq su ilə yuyunmağı bildirən Güleç deyib:
“İsti su dərini qurudur və qıcıqlanmaya səbəb ola bilər. İlıq suya üstünlük verin və duş vaxtını qısa tutun.
Soyuq hava, aşağı rütubət və istilik sistemləri dərinin təbii nəmliyini azaldır.

Qış aylarında dərinizin nəm balansını qorumaq üçün mütəmadi olaraq uyğun nəmləndiricilərdən istifadə edin. Bundan əlavə, UV şüaları qış aylarında dərinizə təsir edir. Günəşdən qoruyucu krem sürməyi unutmayın.
Bol su içmək və vitaminlərlə zəngin qidalar qəbul etmək dərini içəridən qidalandırır.
Soyuq və küləyə qarşı da tədbir görülməlidir. Çölə çıxarkən üzünüzü qoruyacaq aksesuarlardan istifadə edərək dərinizin zədələnməsinin qarşısını alın".
Aygün Nəbiyeva
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 27 Yanvar 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















