Icma.az
close
up
RU
Hər gün istifadə edirik, zəhərlənə bilərik Təhlükə var

Hər gün istifadə edirik, zəhərlənə bilərik Təhlükə var

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Bakıda 14 nömrəli məktəbin 8 şagirdi saqqızdan zəhərlənib. Bu xəbər ictimaiyyətdə narahatlığa səbəb olub.

Doğrudanmı saqqızdan zəhərlənmək mümkündür?

Globalinfo.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, saqqızdan zəhərlənmə çox nadir hallarda baş verir.

Onun sözlərinə görə, bu, əsasən mənşəyi məlum olmayan, etibarsız mənbələrdən alınan və ya süni şəkildə kimyəvi üsullarla hazırlanmış məhsullardan istifadə zamanı mümkündür:

“Əgər saqqızın tərkibində, xüsusilə şirinləşdirici maddələr (məsələn, aspartam və ya sorbitol) və rəngləndiricilər həddindən artıq çox istifadə olunubsa, düzgün istehsal edilmədikdə uşaqlar xüsusi yüksək risk qrupuna aid olurlar. Bu halda azyaşlılarda həssaslıq, allergiya, hətta zəhərlənmə riski arta bilər. Ona görə də saqqızın tərkibi mütləq araşdırılmalıdır. Məhsulun tərkibi haqda məlumatlar düzgün deyilsə və ya mənşəyi məlum olmayan yerlərdə istehsal edilirsə, bu, zəhərlənməyə səbəb ola bilir”.

Məhsəti Hüseynova

Mütəxəssis  əlavə edib ki, zəhərlənmə zamanı simptomlar müxtəlif ola bilər:

“Məsələn, qarın ağrısı, mədə-bağırsaq sistemi pozulmaları, qusma, qəbizlik və ya qarın nahiyəsində sancıların olması mümkündür. Başgicəllənmə və halsızlıq da müşahidə olunursa, mütləq həkimə müraciət edilməlidir. Zəhərlənmənin diaqnozunu yalnız məhsulun laborator analizləri və düzgün klinik qiymətləndirmə ilə müəyyən etmək mümkündür”.

İnfeksionist Ləman Qalimova isə bildirib ki, istənilən vaxtı keçmiş maddələrdən zəhərlənmək olur:

Ləman Qalimova

“İnsanlar istifadə etdikləri məhsulun son istifadə tarixinə baxmalıdırlar. Zəhərlənmə individual da ola bilər. Mümkündür ki, bəzi şəxslərin hansısa maddəyə allergiyası olsun. Bu səbəbdən də zəhərlənmə qaçılmazdır. Ona görə də valideynlər də, uşaqlar da diqqətli olmalıdırlar”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see275

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see273

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see267

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see263

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see246

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see238

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see215

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see209

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see206

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see206

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see203

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see201

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see199

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see198

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see183

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see180

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see176

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see176

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see169

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri