Hər gün oğul atasını, ər arvadını öldürür: Siyavuş Novruzov
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Biz hər gün oğulun atasını, ərin arvadını öldürdüyü xəbərlərinə rast gəlirik. Bunların qarşısını almalıyıq. Maarifləndirmə işi aparılmalıdır.
Gununsesi.info xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat televiziya kanalarında yayımlanan verilişlərin məişət zorakılğını artırdığını bildirib:
“Verilişlər bu hadisələri daha da qızışdırılır. Hamımız da buna susuruq. Sən bir verilişin aparıcısısan, ancaq özünü həm prokuror, həm vəkil kimi aparırsan. Məsələnin mahiyyətindən xəbərin yox, hüquqi biliyin yox! Onların, həmçinin o verilişə gələn ekspertlərin qarşısı ciddi şəkildə alınmalıdır.
Gəlib camaata ağıl öyrətməməlidirlər. Seriallar da məişət zorakılığına səbəb yaradır. Keçmişdə gənclər Koroğluya, Babəkə oxşamaq istəyirdisə, indi seriallardakı obrazlara oxşamaq istəyirlər. Bunlar cəmiyyətin əxlaqını, mənəviyatını pozur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 Noyabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















