Əbu Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniya Kansleri Fridrix Mertsin Rusiya Prezidenti Vladimir Putinlə danışıqları Ukrayna üzrə gələcək danışıqların əsas prinsipləri barədə Əbu-Dabidə razılıq əldə olunduqdan sonra baş tuta bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Guardian" nəşrinə Almaniya hökumətinin nümayəndəsi bildirib.
"Əbu-Dabidə biz ümumi prinsiplərlə bağlı anlaşma əldə etdik. İndi bu anlaşma Rusiya prezidentinin diqqətinə çatdırılıb. Bu əsasda danışıqlar baş tuta bilər", - hökumət nümayəndəsi bildirib.
Əbu-Dabidəki ikigünlük danışıqlar Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilib. Tərəflər münaqişənin tənzimlənməsi üzrə mümkün addımları müzakirə ediblər.
Almaniya hökumətinin nümayəndəsi qeyd edib ki, əsas prinsiplər üzrə anlaşma Rusiya ilə deyil, Avropa, ABŞ və Ukrayna nümayəndələri arasında əldə olunub. Onun sözlərinə görə, bu prinsiplər sonrakı danışıqların gedişində nəzərə alınacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 Noyabr 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















