Tbilisidə dünya ulduzlarının geyimləri sərgilənir
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tbilisidə moda və kino sənətinin vəhdətini əks etdirən “Fashion Frames: Where Style Becomes Cinema” adlı sərgi təşkil olunub.
İlk dəfə keçirilən ekspozisiya kino tarixində iz qoymuş obrazların yaradılmasında geyim dizaynının rolunu nümayiş etdirir.
Noyabrın 23-dək davam edəcək sərgidə məşhur moda evlərinin hazırladığı 35 geyim təqdim olunur. Eksponatlar arasında Sophia Loren, Audrey Hepburn, Ingrid Bergman, Julia Roberts, Monica Bellucci, Madonna və Beyoncé kimi dünya şöhrətli sənət adamlarının səhnə və ekran obrazları üçün ərsəyə gətirilmiş nümunələr var.
Sərgi ziyarətçilərə kino və musiqi dünyasının tanınmış simalarının üslubunu, eləcə də moda sənətinin ekran obrazlarının formalaşmasına təsirini yaxından tanımaq imkanı yaradır. Ekspozisiya həm kino, həm də moda həvəskarları üçün maraqlı mədəniyyət hadisəsi kimi diqqət çəkir.
S.Rzayeva
XQ
Baxış sayı:83
Bu xəbər 11 Noyabr 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















