Icma.az
close
up
RU
Hər gün tıxaca öyrəşmiş insan kimi davranırıq və… Ekspert

Hər gün tıxaca öyrəşmiş insan kimi davranırıq və… Ekspert

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bugünkü plenar iclasında Azərbaycanda nəqliyyat infrastrukturunun idarəedilməsi ilə əlaqədar yeni qanunun hazırlanmasını təklif edib.

O qeyd edib ki, qanun layihəsi yol nəqliyyatının, infrastrukturunun idarəolunmasında iştirak edən müəssisələrin, dövlət qurumlarının fəaliyyətini koordinasiya etməyə, onların səlahiyyətlərini müəyyənləşdirməyə xidmət etməlidir:

"Hesab edirəm ki, xüsusilə, Bakı şəhərində nəqliyyat və yol problemi yoxdur. Paytaxtda "butulka effekti" yaradan dar boğazlar problemi var. Bu ünvanlardan biri 20 Yanvar dairəsi, digəri Babək prospektindən Heydər Əliyev prospektinə dönən yolun kəsişməsi, üçüncüsü isə Koroğlu körpüsünün ətrafıdır. Buna bənzər ünvanlarda nəqliyyatın təşkili həyata keçirilsə, effektiv olar. Ümumilikdə isə düşünürəm ki, Bakıda tıxac problemi təsvir edildiyi qədər faciəvi deyil".

Nəqliyyat eksperti Elməddin Muradlı parlamentarinin səsləndirdiyi fikirlər barədə danışıb: “Tıxac problemi ilə bağlı məsələyə obyektiv yanaşsaq, hələ də çıxış yollarımız var. Yəni vəziyyət o qədər də faciəli deyil. Ancaq bu gün qarşısını almaq üçün müəyyən addımlar atılmasa, gələcəkdə tıxac problemi ciddi çətinliklər yaradacaq. Reallıqlardan danışsaq, hərəkətin tənzimlənməsi ilə bağlı addımlar atıldıqca bəzi hallarda müsbət nəticələr də müşahidə olunur. Biz artıq hər gün tıxaca öyrəşmiş insan kimi davranırıq və bəzən görürük ki, müəyyən istiqamətlərdə hərəkət tam da bərbad vəziyyətdə deyil, avtomobillər normal irəliləyir. Amma müəyyən vaxtlarda, xüsusilə də həftəsonları, şəhərdə böyük sıxlıq yaranır. Məsələn, məktəb mövsümü açılmazdan əvvəl, yəni tətil dövründə insanlar düşünürdülər ki, tıxac azalacaq. Lakin bir çox istiqamətlərdə yenə də sıxlıq yaranırdı. Bu halda yol polisi məcbur olub hərəkətin tənzimlənməsi üçün müdaxilə edirdi”.

Onun sözlərinə görə, bəzən avtobus zolaqlarına girişə icazə verilir ki, sürücülər rahat hərəkət etsinlər, nəqliyyat axını davamlı olsun və sıxlıq yaranmasın: “Bu, bir tərəfdən yaxşıdır – nəqliyyatın hərəkəti təmin olunur. Digər tərəfdən isə pisdir, çünki avtobus zolaqları boş qalmır. Əsas məsələ budur- proseslər elə tənzimlənsin ki, yol polisi hər dəfə əl ilə hərəkəti idarə etmək məcburiyyətində qalmasın. Amma hazırda hələ də belə bir ehtiyac qalır və müəyyən hallarda əl ilə tənzimləmə vacibdir. Hazırda dövlət proqramı qəbul olunub və cənab Prezident tərəfindən təsdiqlənib. Artıq proqramın icrasından 9 ay keçir. 2025–2030-cu illər üzrə birinci mərhələnin həyata keçirilməsi nəzərdə tutulur. Bu mərhələdə yeni metrostansiyaların tikilməsi, mövcud yolların şaxələndirilməsi və genişləndirilməsi, eləcə də yeni yolların salınması planlaşdırılır. Bütün bunlar müsbət addımlar kimi qiymətləndirilir və hesab edilir ki, tıxacla mübarizədə öz müsbət nəticəsini verəcək. Lakin bu işləri gecikdirmədən görmək vacibdir. Çünki hər bir gecikmə əlavə çətinliklərə və itkilərə səbəb ola bilər”.(cross.media)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri