“Hər iki görüş məhsuldar keçdi”
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşlər müsbət və məhsuldar olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Hər iki görüş pozitiv və məhsuldar keçdi”, – deyə o, danışıqların təfərrüatlarına varmadan yazıb.
Bununla belə, Zelenski Trampla görüşdən sonra bəyan edib ki, amerikalı həmkarı ilə “Patriot” zenit-raket kompleksləri üçün tutucu raketlərin istehsalını müzakirə edib.
Qeyd edək ki, Netanyahu ilə Trampın görüşünün detalları hələlik açıqlanmır. Lakin iyulun 27-də İsrail Baş nazirinin ABŞ Prezidenti ilə “gündəmdəki bütün məsələləri, ilk növbədə İran mövzusunu” müzakirə etmək niyyətində olduğu bildirilirdi.
President Trump has concluded his meetings in the Oval Office with President Zelenskyy and Prime Minister Netanyahu. Both meetings were positive and productive!
— Karoline Leavitt (@PressSec) July 28, 2026
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 28 İyul 2026 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















